Çərşənbə axşamı, 30 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bir ailə ağır qəzaya düşdü, ölən var: Yaralıların son durumu açıqlandı - Yenilənib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Hacıqabul rayonunda baş verən yol-nəqliyyat hadisəsində xəsarət alanların son durumunu açıqlayıb...

TƏBİB-dən bildirilib ki, qəzada xəsarət alanlar - 1954-cü il təvəllüdlü Bakı şəhər sakini (qadın cinsli) baldırın geniş ölçülü açıq yarası, qapalı kəllə-beyin travması, 1955-ci il təvəllüdlü Bakı şəhər sakini (kişi cinsli) belin sağtərəfli küt travması diaqnozu ilə TƏBİB-in tabeliyindəki Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili Təxirəsalınmaz Tibbi Yardım Şöbəsinə hospitalizasiya olunublar:

"Yaralılara lazımi tibbi xidmətlər göstərilib. 1954-cü il təvəllüdlü vətəndaşın müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir, digəri isə ambulator müalicə üçün evə buraxılıb".

***

Hacıqabulda bir ailənin üç üzvü qəzaya düşüb.

APA-nın məlumatına görə, hadisə səhər saatlarında Bakı-Qazax avtomagistralının Hacıqabul rayonunun Qarasu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

"KamAZ" markalı avtomobilin aşması nəticəsində Bakı sakini, 1977-ci il təvəllüdlü Samir Məmmədov hadisə yerində ölüb.

Yasamal rayon sakinləri, 1954-cü il təvəllüdlü Füruzə Əsəd qızı Məmmədova və 1955-ci il təvəllüdlü Sahib Fərzəli oğlu Məmmədov xəsarət alaraq Şirvan Şəhər Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paris-2024: Hidayət Heydərov mükafatlandırılıb, Dövlət Himni səsləndirilib - Yenilənib

Paşinyanla görüşən Əli Xameneidən Zəngəzur dəhlizi ilə bağlı qalmaqallı açıqlama - Yenilənib

Pezeşkian Makrona xəbərdarlıq etdi: İsrail hücum etsə...

Müdafiə Nazirliyinin bölmə müdiri həbs olundu - Yenilənib

İlqar Fəhmi Axund Azərdən, mentalitetdən, bakılılardan danışdı

Olimpiya çempionu: "Məni Azərbaycandan ilk təbrik edən Prezidentimizlə xanımı oldu"

Ağadadaş Ağayevi döyən mühafizəçi ilk dəfə danışdı -Video

Azərbaycanda bəzi universitetlərdə təhsil haqqları artırıldı: Səbəb nədir?

Mikayıl Cabbarov Hidayət Heydərovla bağlı paylaşım edib

Ən çox oxunanalar