Cümə axşamı, 18 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Beynəlxalq Maliyyə Korporasiyasının vitse-prezidenti Bakıya gələcək

Sentyabrın 25-də Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) vitse-prezidenti Hans Piter Lankes (Hans Peter Lankes) Bakıya gələcək

“Report”un məlumatına görə, iki gün davam edəcək səfər zamanı H.P.Lankes Azərbaycan hökumətinin iqtisadi komandasına daxil olan qurumların rəhbərləri ilə görüşməsi, müzakirələr aparması nəzərdə tutulub.

Bundan əlavə vitse-prezidentin Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) keçirəcəyi investisiyalara həsr edilmiş beynəlxalq konfransda da iştirakı gözlənilir.

Qeyd edək ki, H.P.Lankes 2017-ci ildən IFC-də iqtisadiyyatlar və özəl sektorun inkişafı üzrə vitse-prezidentdir.

Xatırladaq ki, Azərbaycan 1995-ci ildən IFC-yə üzvdür və bu vaxta qədər Korporasiya 72 layihə üzrə 500 mln ABŞ dolları civarında dövlət zəmanəti olmayan kredit ayırıb. Bu layihələrdən 56-ı uzunmüddətli layihələr olub. Həmçinin IFC özünün ticarətin dəstəklənməsi proqramı çərçivəsində 80 mln dollarlıq dəstək verib və Bakı-Tbilisi-Ceyhan (BTC) kəmərinə isə 250 mln dollar kredit ayırıb.

Xatırladaq ki, Dünya Bankı Qrupuna daxil olan IFC “AGBank” ASC-də 4,2%-lik, “Access Bank” QSC-də isə 16,6%-lik paya malikdir.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Özündən 11 yaş böyük, boşanmış sevgilisi ilə birlikdə intihar edən Yasinin məktubu tapıldı - Video, Yenilənib

Bu deputatların da adı YAP-ın siyahısında yoxdur 

YAP-ın deputatlığa namizədləri açıqlanıb – Siyahı

Benzinə görə bu maşınların qiyməti dəyişdi - Maşın bazarında son vəziyyət

Prezident Cəbrayıl, Qubadlı və Zəngilandakı xüsusi nümayəndəsinə müavin təyin edib

Rektorun sahib olduğu mülklərin siyahısı: Universitet, kollec, orta məktəblər, klinika

Prezidentin xüsusi nümayəndəsinin yeni müavini kimdir? - Bioqrafiya

ABŞ mediası Qarabağ müharibəsini Ukraynadakı münaqişə ilə müqayisə edib

"Birləşdik - 2024" beynəlxalq təlimi başa çatıb - Yenilənib

Ən çox oxunanalar