Cümə axşamı, 22 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bankların rəqəmsal keçid zamanı üzləşdikləri 6 çağırış

BS/2 xərcləri optimallaşdırmaq və gəlirləri artırmaq üçün Azərbaycana yeni nəsil bankomatlar və proqram həlləri gətirir...

ATM-lərlə bağlı əməliyyat xərclərinin 50 faizə qədəri optimallaşdırıla bilər: BS/2 Azərbaycana müasir bankomatlar və onlar üçün texnologiyalar gətirir. 

Noyabrın 24-25-də Bakıda VI Beynəlxalq Bankçılıq Forumu baş tutacaq. Bu il tədbir “Etibarlı, təhlükəsiz və dayanıqlı bankçılıq” başlığı altında keçiriləcək. 

Ölkənin ən böyük banklarına və ticarət mərkəzlərinə yönəlik layihələrilə tanınan BS/2 şirkəti ən yeni “Diebold Nixdorf” (DN Series) bankomatlarını və onların funksionalının genişləndirilməsi üçün texnoloji həllər təqdim edəcək. Ən ənənəvi banklar belə müştərilər uğrunda mübarizədə köhnəlmiş avadanlığı yeniləməyə və xidməti maksimum əlçatan, prosesləri isə çevik və səmərəli etməyə can atır. 

Müasir texnoloji həllər yeknəsəkliyi rəqəmsallaşdırmağa, vaxt sərfini və maliyyə məsrəflərini azaltmağa kömək edir. BS/2 şirkətinin mütəxəssisləri forum çərçivəsində baş tutacaq sərgidə kateqoriyalar üzrə proqram həlləri barədə bəhs edəcəklər: xərclərin optimallaşdırılması (Cash Management.iQ, Vynamic View), gəlir mənbələri (FCX.iQ, Payments.iQ, Vynamic Marketing, ProFlex), təhlükəsizlik (Vynamic Security, ATMeye.iQ). 

Ziyarətçilər stendin digər hissəsində nağd pulun emalı üçün avadanlıqla - əsginasları düzləşdirən “Tresmer TBS-1000” və çox cibli əsginas çeşidləyicisi “CPS X Range X5500” avadanlıqları ilə tanış ola biləcəklər: Baş direktorun strateji inkişaf üzrə müavini Kirill Ovsyannikovun özünəxidmət ekosisteminin yaradılması zamanı bankların üzləşdiyi 6 əsas çağırış barədə məruzəsinə qulaq asmaq bankçılıq xidməti mövzusu ilə maraqlananlar üçün faydalı olacaq. Spiker bankomatların işsiz dayanma müddətini necə azaltmağın və qurğuların əlavə gəlir gətirməsi üçün hansı funksionalı əlavə etməyin sirlərini bölüşəcək. 

BS/2 banklar və pərakəndə ticarət üçün dünyanın ən böyük avadanlıq istehsalçılarının rəsmi təmsilçisidir. “Penki kontinentai” müəssisələr qrupunun tərkibinə daxildir və dünyanın 80 ölkəsində öz xidmətlərini təqdim edir. Artıq 20 ildən çoxdur Azərbaycan bazarındadır. “Bravo”, “Araz Supermarket”, “RAHAT” və “Port Baku Bazar” kimi ən böyük ticarət şəbəkələrinin kassa və tərəzi avadanlığı ilə, malların inventarizasiyası və anbarların idarə edilməsi üçün qurğularla təchiz edilməsi şirkətin yerli bazarda həyata keçirdiyi son uğurlu keyslərdəndir. BS/2 şirkətinin ekspertləri Azərbaycanın “Kapital Bank”, ABB, “Azer Turk Bank”, “Muganbank”, “Xalq Bank”, “Rabitabank”, “Yelo Bank”, “Ziraat Bank” kimi ən böyük bankları üçün səmərəli və rahat özünəxidmət mühitinin yaradılmasında da iştirak ediblər. BS/2 şirkətinin Azərbaycandakı yerli ofisinin mütəxəssisləri dəstək və servis xidmətini təmin edirlər. 

Təmsilçilik 1999-cu ildə açılıb, Bakı və Gəncədə olmaqla iki servis mərkəzi var. BS/2 şirkətinin əməkdaşları avadanlıqların və proqram məhsullarının canlı təqdimatı və şəxsi tanışlıq üçün şirkətin sərgi stendinə baş çəkməyə dəvət edirlər.

pia.az 


Etiket: Bank


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Rusiya vətəndaşı olmaq üçün qaydalar sərtləşdirilir: Nikahla bağlı yeni təklif

Ronaldonun "YouTube" kanalı abunəçi sayına görə bir neçə rekorda imza atıb - Yenilənib

Ödəmə terminalından səhvən başqasının hesabına göndərilən pul necə geri alına bilər? - Video

Fəzail İbrahimlinin təşviqat kampaniyasını uğurla davam edir

Hindistanda əczaçılıq zavodundakı partlayışda ölənlərin sayı 17 nəfərə çatıb - Yenilənib

"Deyirlər ki, onsuz da Heydər Əsədov seçilib də..." - Şirvanda namizədlər arasında qalmaqal

Ən çox oxunanalar