Çərşənbə, 14 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıdakı bayram şənliklərində rekord sayda şəhər sakini və xarici qonaqlar iştirak edib

Dekabrın 31-dən yanvarın 1-nə keçən gecə Bakının mərkəzində keçirilən bayram şənliklərində rekord miqdarda şəhər sakini və bir çox xarici ölkələrdən paytaxtımıza gələn qonaqlar iştirak ediblər...

"Report"un xəbərinə görə, Yeni il ərəfəsində paytaxtın küçə, park və meydanları, əsas magistral yol və prospektlər, yol kənarlarınin bayramsayağı bəzədilməsi və işıqlandırılması şəhərimizə xüsusi xüsusi gözəllik verib.

Keçirilən bayram tədbirlərinin kulminasiyasi Dənizkənarı Milli Parkın ərazisində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təşkil edilmiş atəşfəşanlıq oldu ki, rekord sayda sakin və şəhərimizin qonaqları bura qatılaraq onu marağ ilə izləyiblər.

Bayram günlərində xüsusi gücləndirilmiş iş rejimində çalışmış şəhərin kommunal xidmətlərinin əməkdaşlarının əməyi xüsusi qeyd edilməlidir . Nəticədə artıq yanvarın 1-i saat 06-00-da şəhərin park, meydan və küçələrində tam təmizlik hökm sürürdü. Yüz minlərlə insanın iştirak etdiyi yeni il şənliklərindən sonra qısa müddətdə şəhərdə sanitar-təmizliyin yaradılmasını təmin edilib.

Dünyanın və Avropanın aparıcı dövlətlərinin iri şəhərləri ilə Bakını müqayisə edəndə böyük fərq nəzərə çarpır. Əgər Fransanın paytaxtı Parisdəki qalaq-qalaq zibil yığılması adi hala çevrilibsə, Nyu York şəhərində yeni il şənliyindən sonrakı vəziyyət daha acınacaqlı idi. Avropanın digər paytaxt şəhərlərində də vəziyyət heç də ürəkaçan olmayıb.

Bakıda keçirilən bayram tədbiri isə şəhərin kommunal təsərrüfatı işçilərinin işinin yüksək səviyyədə təşkil olunması ilə yanaşı Prezident İlham Əliyevin siyasəti nəticəsində insanlarımızın həyat və mədəni səviyyəsinin durmadan artmasının əyani sübutudur.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Qarabağ” rəqibini darmadağın edərək Çempionlar Liqasının “play-off” mərhələsinə yüksəlib

Paytaxtın bu ərazilərində suyun verilmə rejimində dəyişiklik ediləcək

"Fənərbağça" UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb

Rusiyaya böyük zərbə: Putin Nikolayın səhvini təkrarladı

Minlərlə hərbiçi, çox sayda texnika - Kursk əməliyyatının təfərrüatları açıqlanıb

Blinken İranın cavab tədbirlərinə görə Yaxın Şərqə səfərini təxirə salıb

Akademik Rafael Hüseynov Hacıqabul şəhərində seçicilərlə görüşüb - Fotolar 

Moskvada təhlükəsizlik tədbirləri gücləndirilib    

ABŞ İsrailə 20 milyard dollarlıq silah paketini təsdiqləyib

Zelenski: Kursk vilayətinin 74 yaşayış məntəqəsi nəzarətimiz altındadır

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay