Cümə axşamı, 25 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bakı Payızı-2023 - 35 il sonra” istedadlar müsabiqəsinin məşqləri keçirilir

Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin Mədəniyyət mərkəzində “Bakı Payızı-2023 - 35 il sonra” istedadlar müsabiqəsinin məşqləri keçirilir...

Məşqləri izləmək üçün sənət adamları və blogerlər dəvət edilib.

Məşq prosesi zamanı sənət adamları və blogerlər üçün müsabiqə elan olunub.

Belə ki, həmin şəxslərin iticket.az-da promokodu olacaq. Sonda hansının promokodu vasitəsilə ən çox bilet alınarsa, həmin şəxs mükafatlandırılacaq.

Qeyd edək ki, noyabrın 3-də “Bakı payızı 2023 - 35 il sonra” yarışmasının qaliblərinin mükafatlandırma mərasimi keçiriləcək.

Konsertdə 5 müxtəlif janr üzrə qaliblər birlikdə səhnəyə çıxacaq, iştirakçılara qələbə bəxş edən yeni mahnılar səsləndiriləcək.

Qruplar ən yaxşı xoreoqraflarla, vokalçılar orijinal janrın ən uğurluları ilə, yeni ulduzlar estradamızın məşhurları və ən çox sevdiyiniz müğənnilərlə duet oxuyacaqlar.
Tədbirdə Azərbaycan Respublikasının Əməkdar artisti Bəhram Bağırzadə Oxu.Az-a açıqlamasında bildirib ki, 33 ildən sonra bu layihənin ölkəmizdə keçirilməsinə sevinir:

“Mən 33 il əvvəl “Bakı payızı”nda iştirak etmişəm. Aygün Məlikova ilə çıxış etmişəm və birinci yeri tutmuşam. Bu gün sevinirəm ki, bizim qalib dövlətimizdə belə bir hadisə baş verir. Bu müsabiqənin bonusunu illər sonra görəcəyik və iştirakçılar ulduz olacaqlar”.

O bildirib ki, gənclərlə işləmək lazımdır:

“Nəticədə burdakı iştirakçılar gələcəkdə Xalq, Əməkdar artistlər olacaqlar. Təşkilatçılara təşəkkür edirəm.

Xatırladaq ki, konsert proqramı noyabrın 3-ü saat 19:00-da Heydər Əliyev sarayında baş tutacaq. 35 ildən sonra siz də bu əfsanəvi müsabiqənin tarixinə qovuşun.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ağadadaş Ağayevin adam yaraladığı insidentlə bağlı yeni detallar

Ağadadaş Ağayevlə mühafizəçi haqqında qərar verildi

Keçmiş deputatın oğlu qohumlarını və işçilərini DSK-nın qarşısına toplayıb qalmaqal yaratdı

Atalar və mandatlı övladlar… – Bu adamlar YAP-ın siyahısına necə düşür?

Azərbaycanda bir bankın lisenziyası ləğv edildi

Kremldən Ermənistana xəbərdarlıq: "Ümid edirik ki, İrəvan Kiyevin seçdiyi yolu seçməyəcək"

Məşhur şahmatçı Vüqar Həşimovun doğum günüdür

Xanlar Fətiyev haqqında sensasion faktlar: Sabiq deputat külli miqdarda vəsaiti ölkədən necə çıxarıb?

İqbal Əbilovun həbs detalları məlum olub: Ermənistanla gizli Skype sövdələşmələri...

Ən çox oxunanalar