Cümə, 16 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakı metrosuna 17 yeni eskalator gətirilir

“Bakı Metropoliteni” QSC-nin nümayəndələri Bənövşəyi xəttin “B-04” stansiyası üçün sifariş edilən eskalatorların qəbul-sınaq prosesində iştirak ediblər...

“APA-Economics” xəbər verir ki, Almaniyanın Hamburq şəhərinə ezam edilmiş nümayəndə heyəti istehsal olunmuş 17 eskalatoru qəbul etməzdən əvvəl 3 gün ərzində sınaq prosesində iştirak ediblər. Bir eskalatorda aparılmış sınaqlar əsasında eskalatorların qəbulu prosesi aktlaşdırılıb.

Qeyd edək ki, “B-04” stansiyasında dayaz özüllü stansiyalar üçün nəzərdə tutulmuş “Tugela FT-945” tipli 19 eskalator quraşdırılacaq. Onlardan ikisi əvvəlki sifariş dövründən Bakıya gətirilib. Bu eskalatorlar elektrik enerjisinin sərfiyyatına görə daha qənaətcil və səmərəli olmaqla, qulluğu daha asan, idarəetmə sistemləri də müasir texnologiyaların tələblərinə uyğundur. Onlar estetik görkəmi ilə də seçilir. Gətiriləcək eskalatorlarda texniki təchizat, o cümlədən idarəetməsi ilə bağlı bir sıra səmərələşdirici tətbiqlər və yeniliklər nəzərə alınıb.

Quraşdırma proseslərinin ardıcıllığına və tələblərinə uyğun olaraq, eskalatorlar Bakıya gətirilərək təyinatı üzrə quraşdırıldıqdan sonra yerində təkrar sınaqlar keçiriləcək. Bu zaman bütün əsas komponent və qovşaqlar - ferma, baş intiqal, baş val, dartı stansiyası, dartı zənciri və s. yenidən yoxlanacaq.

Eskalatorların yaxın aylarda Bakıya gətirilməsi və stansiyanın inşaat işlərinin ardıcıllığına uyğun quraşdırılmasına başlanılması nəzərdə tutulub.

Nümayəndə heyəti səfər çərçivəsində Bakı metropolitenində quraşdırılmış eskalatorlara qulluq, texniki xidmət, təmir və s. ətrafında müzakirələr apararaq qarşılıqlı təcrübə mübadiləsi və işbirliyini müzakirə edib.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Konfrans Liqası: "Zirə" tarixində ilk dəfə pley-off mərhələsinə vəsiqə qazanıb - Yenilənib

Yaxın iki həftə ərzində güclü zəlzələ ola bilər - Seysmoloq

Rusiya XİN Ermənistanda çap olunan tarix dərsliyinin təxribat xarakterli olduğunu bəyan edib

VHP-çi namizəd Gülnar Hüseynova Ucarda seçicilərlə görüşüb

Dünyada aylıq temperatur rekordları dövrü sona çatır, havalar soyuyacaq

Göygöldə qonşusunu bıçaqlamaqda şübhəli bilinən 18 yaşlı gənc tutulub - Yenilənib

Rusiyanın ən böyük hərbi yük təyyarəsi müəmmalı şəkildə İrana eniş edib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay