Cümə, 05 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azercell” dünya işgüzar aləmində ən nüfuzlu mükafatlardan birinə layiq görülüb

Lider mobil operator “STEVIE” beynəlxalq biznes mükafatları tərəfindən “İlin ən innovativ texnoloji şirkəti” seçilib...

Azercell Telekom” MMC 60-dan çox ölkəni təmsil edən müxtəlif beynəlxalq təşkilatların qatıldığı “STEVIE” müsabiqəsində “İlin ən innovativ texnoloji şirkəti” adını qazanıb. Lider mobil operatorun telekommunikasiya sahəsində tətbiq etdiyi yeniliklər, insanların həyat keyfiyyətinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi innovativ layihələr beynəlxalq münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib.

Xatırladaq ki, Azərbaycana ilk beşinci nəsil (5G) rabitə standartını gətirən məhz “Azercell” şirkəti olub. Belə ki, lider mobil operator ötən ilin dekabr ayında ölkədə ilk 5G şəbəkəsini bir sıra smartfon modelləri üçün sınaq rejimində istifadəyə verib. Bu il ərzində “Azercell” “Apple” şirkəti ilə birgə əməkdaşlıqda “iPhone” istifadəçiləri üçün də bu texnologiyanı ölkə ərazisində əlçatan edib. Eyni zamanda, şirkət “Samsung” smartfonları üçün eksklüziv 5G lisenziyasını əldə edən ilk yerli mobil operator olub.

Bütün bu məqamlar dünyanın 230-dan çox nüfuzlu biznes ekspertindən ibarət olan beynəlxalq münsiflər heyətinin səsverməsi zamanı nəzərə alınıb. Qaliblərin mükafatlandırma mərasimi oktyabr ayında İtaliyanın paytaxtı Roma şəhərində baş tutacaq.

Qeyd edək ki, “Azercell Telekom” MMC indiyədək dəfələrlə müxtəlif nominasiyalar üzrə ilin şirkəti seçilərək “STEVIE” mükafatına layiq görülüb.

Poliqon.info


Etiket: “Azercell”


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan Dövlət Akademik Filarmoniyasında əməliyyat keçirilib

Rafiq Quluyevin rəhbərlik etdiyi rayonda obyekt səkidə tikilib? - Foto

Bu gün Ramiz Mehdiyevin kürəkənin məhkəməsidir: Proses süni şəkildə uzadılır? - Sensasion detallar

Prezident İlham Əliyev Astanada “ŞƏT plyus” formatında görüşdə çıxış edib - Yenilənib

Şarl Mişel: Orbanın Aİ adından Rusiya ilə danışmaq səlahiyyəti yoxdur

Lukaşenko: Dərhal “İsgəndər”lə zərbə endirəcəyik!

Azərbaycanda tikinti şirkətinin vəzifəli şəxslərinə cinayət işi açılıb

Bakıda sirli bina: İçərisində ruhlar gəzirlər?

Belçika Azərbaycana minatəmizləmə üçün 250 min avro ayırıb    

Ən çox oxunanalar