Cümə, 16 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“AZERCELL CUP 2024” müsabiqəsinə start verilir

Lider mobil operator 6-7-ci sinif şagirdlərini İnformatika və Proqramlaşdırma Müsabiqəsində iştirak etməyə dəvət edir...

Azercell Telekom” Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutu ilə birgə əməkdaşlıq çərçivəsində növbəti “AZERCELL CUP” müsabiqəsini elan edir. Məktəblilərin informatika və kompüter elmləri sahəsində inkişafının dəstəklənməsi məqsədi daşıyan müsabiqədə 6-7-ci sinif şagirdləri iştirak edəcək.

Müsabiqəyə qeydiyyat https://azercellcup.org saytı üzərindən 15-19 may tarixlərində təşkil olunacaq. Üç mərhələdən ibarət müsabiqənin birinci turu 20 may saat 10:00-18:00 arasında keçiriləcək.

Şagirdlərin yarış mühiti ilə tanışlığını təmin etmək üçün 15-19 may tarixlərində əvvəlki illərin sualları əsasında sınaq imtahanı keçiriləcək. Qeydiyyatdan keçənlər sınaq imtahanında iştirak edə bilərlər. Sınaq imtahanının nəticəsi əsas yarışa təsir etmir, sadəcə təcrübə toplamaq məqsədi ilə təşkil edilir.

Müsabiqədə 2000 şagirdin iştirakı nəzərdə tutulub. Yarışın sonunda 24 nəfər qalib elan ediləcək. Qaliblər beynəlxalq olimpiadalara hazırlıq dərslərinə cəlb olunacaqlar.

Qeyd edək ki, 2017-ci ildən etibarən informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi “Azercell Telekom” MMC-nin dəstəyi ilə həyata keçirilir. Bu müddət ərzində Azərbaycanın bölgələrindən və paytaxt məktəblərindən olan şagirdlərimiz fərqli yaş qrupları üzrə müxtəlif miqyaslı proqramlaşdırma müsabiqələrində ümumilikdə 70 medal qazanıblar.

Rəqəmsal gələcəyi birlikdə proqramlaşdıraq!

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Naxçıvanda üç uşağa təcavüz etmiş manyak tutuldu

Konfrans Liqası: "Zirə" tarixində ilk dəfə pley-off mərhələsinə vəsiqə qazanıb - Yenilənib

Yaxın iki həftə ərzində güclü zəlzələ ola bilər - Seysmoloq

Rusiya XİN Ermənistanda çap olunan tarix dərsliyinin təxribat xarakterli olduğunu bəyan edib

Cəlilabadda quyuya düşərək boğulan ata və qızının ölümü ilə bağlı təfərrüatlar məlum olub    

VHP-çi namizəd Gülnar Hüseynova Ucarda seçicilərlə görüşüb

Dünyada aylıq temperatur rekordları dövrü sona çatır, havalar soyuyacaq

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay