Çərşənbə, 03 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda narkotik çəkənlərin sayı niyə artıb? - Psixoloqdan açıqlama

Son vaxtlar narkotik çəkənlərin sayı nəzərəçarpacaq dərəcədə artıb. Hətta görülən sərt tədbirlər sayəsində də bu sahədə müsbət dönüş etmək mümkün olmur.

Narkotik aludəçilərinin sayının artmasına səbəb nədir?

Bu barədə Yenisabah.az-a danışan psixoloq Vüsalə Rüstəm ən ümdə səbəb olaraq pandemiyanın fəsadlarını göstərib:

“Ünsiyyətin pozulması, sosial çətinlik, depressiv vəziyyət, bir yerdə uzun müddət yaşamaq və ya işləmək, boşanmalar, adət etmədiyi pandemik vəziyyət və s. insanların bu yola üz tutmasında böyük rol sahibidir. Narkotik maddə satıcıları insanlara bununla rahatlıq tapacaqlarını deyərək onları aldadır. Əslində isə heç bir rahatlıq yoxdur. Ölümün ən hörmətsizidir ki, onu sənə təklif edirlər”.

Psixoloq qeyd edib ki, problemini həll edə bilməyən iradəsiz, çevrəsində normal dostları olmayan insanlar çox asanlıqla “kruq”a daxil olur: "Heç kim bundan sığortalanmayıb. Bəzən çox insan düşünür ki, onun oğlu mühəndisdir, həkimdir, polisdir, universitet müəllimidir və buna görə də artıq təhlükə yoxdur. Çox səhv düşüncədir. Belə düşünən insanların narkotiklərlə mübarizə aparan həkim və psixiatrlarla söhbət etməsi bəs edər ki, vəziyyətin nə dərəcədə ciddi olduğunu anlasınlar. Onların müalicə etdiyi narkomanlar arasında hər peşədən insan var. Deməli, təhsil və peşə də kiminsə bu yola düşməsinə mane ola bilməz. Düşüncəmizi dəyişib ətrafımızda olan dosta, qohuma daha diqqətli və bilincli davranmalıydım. Bəlkə, kimisə xilas edə bildik”.

Vüsalə Rüstəm vurğulayıb ki, narkotik vasitə birinci növbədə insanda psixoloji problem yaradır:

“Qan vasitəsilə bütün orqanlara daxil olub beyin hüceyrələrinə hopur. Bu isə davranış problemi deməkdir. Yuxusuzluq, qızarmış və şüşə kimi gözlər, qəfil arıqlamaq, evdəki hamam otağından, ayaqyolundan uzun müddət çıxmamaq, gecə yuxusunun pozulması, daim evdən itən əşyalar, pul bunun göstəricisidir. Azca diqqət bəs edir ki, dəyişən davranışı fərq edək”.

Həmsöhbətimiz hesab edir ki, narkotiklə mübarizə dövlətin təkbaşına görəcəyi iş deyil, cəmiyyət də kömək etməlidir:

“Pandemiyadan əvvəl bu sahəyə daha geniş yer verilirdi. Hüquq mühafizə orqanları məktəblərlə, universitetlərlə birgə iş görüb insanları məlumatlandırırdı. Pandemiya vəziyyətində isə çarə tək mətbu orqanlara -saytlar və televiziya vasitəsilə məlumatlandırmaya qalır. Yenə də hər valideyn yaşından asılı olmayaraq öz övladının dost-tanışı, çevrəsi ilə maraqlanmalıdır. Sağlam ailə sağlam cəmiyyət deməkdir. Gec olmadan gələcəyimizə biganə qalmayaq”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Mərkəz direktoru Masazırda yarım milyonluq villa tikdirir? - Fotolar

Yarım milyard kapitalı olan “Azərsilah”ın direktoru kimdir? - Dosye

Bakıda qadının özünü 12-ci mərtəbədən atması ilə bağlı detallar məlum oldu

Cəlilabadda dəhşət: Azyaşlını dəfələrlə meşəyə aparıb təcavüz etdilər

AVRO-2024: Türkiyə millisi 1/4 finala yüksələn sonuncu komanda olub - Yenilənib

“Ömrümdə bu qədər söyülməmişdim!” - Erkin Qədirli

Cahangir Hacıyevlə Penitensiar Xidmət arasında nə baş verib?

Etirazlara səbəb olan Azərbaycan filmi hansıdır?

“Aztelekom”un “Mis Nazim” kimi tanınan regional müdiri – Nazim Əliyev

Bakıda güclü yanğın başladı: Bir-birinə bitişik obyektlər külə döndülər

Ən çox oxunanalar