Cümə, 16 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda kişinin anasının başını kəsməsinin  təfərrüatı - Yenilənib

Kürdəmirdə baş verən dəhşətli cinayət hadisəsinin təfərrüatı məlum olub...

Bununla bağlı Redaktor.az-a danışan Şıxımlı kənd bələdiyyə sədri Əmrah Calalov deyib ki, hadisəni törədən şəxs narkotik istifadəçisi olub:

“Anasının puluyla evdə yeyirdi, içirdi, yaşayırdı. Anasından satdığı yağın pulunu istəyib, anası isə verməyib. Buna görə də anasının başını kəsib. Daha sonra həyətə çıxaraq qonşunu bıçaqlayaraq öldürüb, səbəbsiz şəkildə. Hadisə yerindən uzaqlaşaraq “köhnə bazar” deyilən yerə gedib. Orada da daha bir şəxsi bıçaqlayıb, həmin şəxs hazırda xəstəxanadadır. Mən də hadisə yerindəyəm”.

***

Kürdəmir Rayon Prokurorluğundan "Report"a verilən məlumata görə, araşdırmalarla Kürdəmir rayonunun Şıxımlı kənd sakini İ.Alıyevin yaşadığı kəndin ərazisində anası N.Əliyeva və həmkəndlisi F.Şükürova bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsi, tanışı V.Məmmədova isə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsilə cinayət işi başlanıb, İ.Alıyev prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

***

Bu gün saat 12 radələrində Kürdəmir rayonunun Şıxımlı kənd sakini, 1981-ci il təvəllüdlü İlham İsa oğlu Alıyev yaşadığı evdə anası, 1949-cu il təvəllüdlü Nəsibə Soltan qızı Aliyevaya və həmkəndlisi, 1970-ci il təvəllüdlü Vüqar Davud oğlu Məmmədova, daha sonra isə kənd ərazisində digər bir həmkəndlisi, 1980-ci il təvəllüdlü Famil Oqtay oğlu Şükürova kəsici-deşici alətlə xəsarətlər yetirib.

Bu barədə "Report"un Yuxarı Şirvan bürosuna Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.

Qeyd edilib ki, hadisə nəticəsində N.Aliyeva və F.Sükürov ölüb, V.Məmmədov isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Hadisəni törədən şübhəli şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalar aparılır.

***

Kürdəmirdə ağır qətl hadisələri törədilib.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Şıxımlı kəndində qeydə alınıb.

İlkin məlumata görə, aralarında yaranan mübahisə zəminində Şıxımlı kənd sakini Aliyev İlham İsa oğlu əvvəlcə anası Əliyeva Nəsibə Soltanəli qızının başını kəsib, sonra isə qonşusu Şükürov Famil Oqtay oğlunu qətlə yetirib, bir nəfəri isə ağır yaralayıb.

Hazırda faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Konfrans Liqası: "Zirə" tarixində ilk dəfə pley-off mərhələsinə vəsiqə qazanıb - Yenilənib

Yaxın iki həftə ərzində güclü zəlzələ ola bilər - Seysmoloq

Rusiya XİN Ermənistanda çap olunan tarix dərsliyinin təxribat xarakterli olduğunu bəyan edib

Cəlilabadda quyuya düşərək boğulan ata və qızının ölümü ilə bağlı təfərrüatlar məlum olub    

VHP-çi namizəd Gülnar Hüseynova Ucarda seçicilərlə görüşüb

Dünyada aylıq temperatur rekordları dövrü sona çatır, havalar soyuyacaq

Göygöldə qonşusunu bıçaqlamaqda şübhəli bilinən 18 yaşlı gənc tutulub - Yenilənib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay