Cümə, 06 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda 568 ağac və kol qanunsuz kəsilib, cinayət işi başlanılıb

Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində Göyçay, Bərdə, İmişli, Biləsuvar və Yardımlı rayonları ərazisində qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb...

Poliqon xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Araşdırmalar zamanı Göyçay rayonunun Şıxbəy, Bərdə rayonunun Əyricə, İmişli rayonunun Ağaməmmədli kəndlərində, Ələt-Astara magistral avtomobil yolunun Biləsuvar rayonu ərazisindən keçən 162-ci kilometrliyində meşə fonduna aid olmayan, habelə Yardımlı rayonu ərazisində meşə fonduna daxil olan, ümumilikdə 568 ədəd ağac və kolun qanunsuz kəsilməsi nəticəsində təbiətə 60 min manatdan çox ziyan vurulması müəyyən edilib.

Aşkar edilmiş faktlarla bağlı Cinayət Məcəlləsinin 259.1, 259.2.3 və 259.2.4-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə xeyli və külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) maddələri ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Lukaşenkodan şok: Zelenskini onlar aradan götürəcək!

Yığmamız Millətlər Liqasına məğlubiyyətlə başlayıb - Yenilənib

Prezident İlham Əliyev İtaliyada Beynəlxalq Çernobbio Forumunda çıxış edib - Yenilənib

Dünyanın ən bahalı heyətinə malik futbol klubunun adı açıqlandı

Anar Məmmədovla bağlı ilginc iddia - Trampın seçkisinə...

İsveç millisinin baş məşqçisi: "Belə oyun təklif edirsənsə, rəqibə fürsətlər də vermiş olursan"

İran “Zəngəzur dəhlizi”nin açılmasını imkansız edən gücə sahibdir?

Payızda sürücülərin avtomobildə etdiyi 3 ümumi səhv

Ən çox oxunanalar