Cümə, 16 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropa Komissiyasının rəhbəri özünütəcrid rejiminə keçir

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen koronavirusa yoluxmuş şəxslə təmasdan sonra özünütəcrid rejiminə keçdiyini açıqlayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə o, “Twitter” səhifəsində yazıb.

“Keçən həftənin çərşənbə axşamı görüşdüyüm şəxsin koronavirus daşıyıcısı olduğu barədə məlumat aldım. Mövcud qaydalara uyğun olaraq, oktyabrın 6-dək özümü təcrid edəcəyəm. Ötən cümə axşamı koronavirus testinin nəticəsi mənfi çıxmışdı, bu gün ikinci dəfə, təkrar test verdim”, - AK sədri bildirib.

Belçikada qüvvədə olan qaydalara görə, koronavirusa yoluxmuş şəxslə təmasdan sonra insan 7 gün müddətinə özünü təcrid etməlidir və bu müddət ərzində iki mənfi test nəticəsi alınmalıdır. 70%-i məsafədən işləməyə davam edən Avropa qurumlarının rəhbərliyinə gəlincə, onlar mütəmadi olaraq - həftədə 1-2 dəfə koronavirus testindən keçirlər.

Qeyd edək ki, sentyabrın sonlarında Avropa Şurasının sədri Şarl Mişel özünü təcrid etmiş, nəticədə Aİ liderləri birliyin sammitini sentyabrın 24-25-dən oktyabrın 1-2-nə təxirə salmaq məcburiyyətində qalmışdı.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Konfrans Liqası: "Zirə" tarixində ilk dəfə pley-off mərhələsinə vəsiqə qazanıb - Yenilənib

Yaxın iki həftə ərzində güclü zəlzələ ola bilər - Seysmoloq

Rusiya XİN Ermənistanda çap olunan tarix dərsliyinin təxribat xarakterli olduğunu bəyan edib

VHP-çi namizəd Gülnar Hüseynova Ucarda seçicilərlə görüşüb

Dünyada aylıq temperatur rekordları dövrü sona çatır, havalar soyuyacaq

Göygöldə qonşusunu bıçaqlamaqda şübhəli bilinən 18 yaşlı gənc tutulub - Yenilənib

Rusiyanın ən böyük hərbi yük təyyarəsi müəmmalı şəkildə İrana eniş edib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay