Çərşənbə, 14 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ATƏT-in Minsk Qrupunun həmsədrləri birgə bəyanat yayıblar

ATƏT-in Minsk Qrupu həmsədrləri (Rusiya Federasiyasından İqor Popov, Fransadan Stefan Viskonti və ABŞ-dan Endryu Şofer) birgə bəyanat veriblər.

Açıqlama ATƏT-in rəsmi saytına yer alıb. Bəyanatda deyilir:

"Fransalı həmsədr Stefan Viskonti və amerikalı həmsədr Endryu Şofer 12 və 13 dekabrda Bakıya, 13 və 14 dekabrda İrəvana səfər ediblər. Bakıda onları Prezident İlham Əliyev qəbul edib və xarici işlər naziri Ceyhun Bayramovla görüşüblər. İrəvanda onlar Baş nazir Nikol Paşinyan tərəfindən qəbul ediliblər və xarici işlər naziri Ara Ayvazyanla görüşüblər. Rusiyalı həmsədr İqor Popovun səfərdə iştirakının mümkünsüzlüyünə görə Rusiya Federasiyasını Bakıdakı Rusiya səfiri Mixail Boçarnikov, İrəvanda isə Rusiyanın müvəqqəti işlər vəkili Aleksey Sinequbov təmsil edib. Həmsədrlər, həmçinin BQXK və BMT-nin bölgədə fəaliyyət göstərən agentliklərinin nümayəndələri ilə görüşüblər. Fəaliyyətdə olan sədrin şəxsi nümayəndəsi Andjey Kaspşik də bütün görüşlərə qatılıb.

Hər iki paytaxtda tərəflər yerində vəziyyəti dəyərləndiriblər və gələn il üçün həmsədrlərlə qarşılıqlı işlə bağlı öz gözləntilərini ifadə ediblər. Yeni reallıqları nəzərə alaraq həmsədrlər bölgədə sülh, sabitlik və firavanlığı təşviq etmək və həll olunmamış məsələləri həll etmək üçün tərəflərlə konstruktiv qarşılıqlı əməkdaşlığa dair dəyişməz öhdəliklərini bir daha təsdiqləyiblər. Həmsədrlər keçirilmiş görüşlər zamanı tərəflər arasındakı gələcək müzakirələr üçün qaldırılan məsələlərə dair konkret təkliflər təqdim etməyə də vəd veriblər.

Həmsədrlər son vaxtlar itki ilə nəticələnən hadisələr barədə məlumatları qeyd edərək, tərəfləri vəziyyəti öz öhdəliklərinə uyğun olaraq sabitləşdirmək üçün əlavə tədbirlər görməyə çağırıblar. Həmsədrlər Ermənistanı və Azərbaycanı bütün əsirlərin mübadiləsini ən qısa müddətdə başa çatdırmağa və BQXK ilə koordinasiya halında qalıqların müəyyənləşdirilməsini və geri qaytarılmasını sürətləndirməyə çağırış ediblər".(apa)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Qarabağ” rəqibini darmadağın edərək Çempionlar Liqasının “play-off” mərhələsinə yüksəlib

Paytaxtın bu ərazilərində suyun verilmə rejimində dəyişiklik ediləcək

"Fənərbağça" UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb

Minlərlə hərbiçi, çox sayda texnika - Kursk əməliyyatının təfərrüatları açıqlanıb

Rusiyaya böyük zərbə: Putin Nikolayın səhvini təkrarladı

Blinken İranın cavab tədbirlərinə görə Yaxın Şərqə səfərini təxirə salıb

ABŞ İsrailə 20 milyard dollarlıq silah paketini təsdiqləyib

Moskvada təhlükəsizlik tədbirləri gücləndirilib    

Zelenski: Kursk vilayətinin 74 yaşayış məntəqəsi nəzarətimiz altındadır

Cəlilabadda su quyusuna düşən ata ilə qızının meyiti çıxarılıb - Yenilənib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay