Cümə axşamı, 15 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Asəf Zeynallının baxımsız qalan məzarı təmizləndi - Video

Tanınmış Azərbaycan bəstəkarı Asəf Zeynallının məzarının baxımsız vəziyyətdə olması ilə bağlı sosial şəbəkədə foto yayılıb...

23 yaşında vəfat edən bəstəkarın qəbrini ot basıb.

Məsələyə Mədəniyyət Nazirliyi reaksiya verib.

Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov APA-ya bildirib ki, Asəf Zeynallının məzarının baxımsız vəziyyətdə olması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər bizdə ciddi narahatlıq yaradıb.

O qeyd edib ki, məzarlıqların vəziyyəti, onların saxlanılması və durumu ilə digər aidiyyatı dövlət qurumları məşğuldur:

“Buna baxmayaraq, biz də müvafiq qurumlarla əlaqə saxlayaraq vəziyyətin tezliklə düzəldilməsinə çalışacağıq”.

Məsələ ilə bağlı Azərbaycan Milli Konservatoriyası nəzdində vaxtilə A.Zeynallının adını daşıyan Musiqi Kollecinin direktoru Nazim Kazımov isə bildirib ki, Asəf Zeynallının məzarı hər zaman diqqət mərkəzindədir:

“Hər il aprelin 5-də doğum və oktyabrın 27-də anım günündə görkəmli bəstəkarımızın məzarı ziyarət olunur. Ötən il A. Zeynallının 110 illiyi də kollecdə geniş şəkildə keçirildi, yenə eyni qayda ilə məzarı ziyarət olundu.

Sadəcə, bu il koronavirus pandemiyası ilə əlaqədar aprelin 5-i məzarı ziyarət edə bilmədik, onun üçün də ot basıb. Amma deyim ki, hazırda bəstəkarın qardaşı nəvəsi məzarlıqdadır, məzarın təmizlənməsi ilə məşğuldur”.

Məlumat üçün bildirək ki, artıq dirijor Mustafa Mehmandarov bir qrup musiqiçi ilə birlikdə dahi bəstəkarın məzarını ziyarət ediblər.

Onlar məzar ətrafında təmizlik işləri aparıblar.

pia.az


Etiket: Asəf Zeynallı


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata malı kimi talanan İttifaq, satılan "Məhsul" stadionu, ailə biznesi... - Möhbalıyevin "sərgüzəştləri"

Politoloq: Rusiya çıxılmaz vəziyyətə düşüb...

Rafael Hüseynov Rəncbərdə seçicilərlə görüşüb - Fotolar 

Fəzail İbrahimli Göytəpədə seçicilərlə görüşüb - Fotolar 

Dövlət Agentliyi: Bakıda suyun bütün evlərə gəlib çatmasında problemlər var

Kanalda batan qazinin yanındakı şəxslər kim olublar? - Onlar üzüb çıxıblar, Abusət Əliyev tapılmır  

İnternet provayderləri arasında sui-istifadə hallarına qarşı araşdırmalara başlanılıb

Ərdoğan: BMT Təhlükəsizlik Şurasının strukturunu kökündən dəyişdirmək lazımdır

Özbəkistanlı hərbçilər Azərbaycanda PUA kursunda iştirak edirlər

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay