Çərşənbə axşamı, 30 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Arifə Bayramova Qəbələ təhsilini məhv edir: Bəhruz Mehdiyev hara baxır?

Qəbələ rayonu təhsil sistemi yeni yaradılmış Şəki-Zaqatala Regional Təhsil İdarəsinə tabedir...

23 məktəbə qədər uşaq müəssisə, 2 məktəbdənkənar tərbiyə müəssisəsi, 53 tam orta məktəb, 11 ümumi orta məktəb, 4 ibtidai məktəb

Nazir Emin Əmrullayevin rəhbərliyi altında ölkənin təhsil sitemində aparılan islahatlara baxmayaraq, hələki bu qurumda çoxlu sayda problemlər qalmaqda davam etməkdədir.

AzFakt.com-a Qəbələ rayonunda daxil olan məlumatda bildirilir ki, rayon təhsil sistemində çox ciddi problemlər və nöqsanlar mövcuddur.

Məlumat üçün bildirək ki, Qəbələ rayonu təhsil sistemi yeni yaradılmış Şəki-Zaqatala Regional Təhsil İdarəsinə tabedir.

Bəhruz Mehdiyevin rəhbərliyi altında fəaliyyətə başlayan Şəki-Zaqatala Regional Təhsil İdarəsi hələ ki, özünü tam doğrultmamaqla yanaşı, həm də bir çox problemlərə seyrçi kimi yanşamaqdadır. Qəbələdən verilən məlumatda qeyd edilir ki, vaxtı ilə rayonun Təhsil Şöbəsinin müdiri işləyən Arifə Bayramova yenə də köhnə “işlərini” davam etdirməkdədir. O, hazırda Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Qəbələ rayon üzrə Təhsil sektorunun müdiri vəzifəsini icra edir.

Bildirək ki, Qəbələ rayonunda 23 məktəbəqədər uşaq müəssisəsi, 2 məktəbdənkənar tərbiyə müəssisəsi, 53 tam orta məktəb,11 ümumi orta məktəb, 4 ibtidai məktəb fəaliyyət göstərir.

Məlumatda qeyd edilir ki, hazırda Qəbələ təhsil sistemindəki vəziyyət Arifə Bayramovanın vaxtı ilə şöbə müdiri olduğunda heç də fərqlənmir. Yəni yenə də az kontingentli ibtidai siniflərin komplektləşdirilməsinin düzgün aparılmaması və siniflər üzrə şagirdlərin say həddinin gözlənilməməsi nəticəsində artıq paralel siniflər yaradılaraq büdcədən əlavə vəsaitlər mənimsənilir. Belə ki, Qəbələ məktəblərində işləyən bir çox müəllimlərin dərs saatları onların razılığı ilə artırılaraq hər ay büdcədən külli miqdarda vəsait çıxarılır. Artırılmış dərs saatlarından əldə edilən “gəlirin” bir hissəsi məktəb direktorlarına və sektor müdiri Arifə Bayramovaya çatır.

Qəbələ təhsilində Arifə Bayramovanın digər gəlir yerinin məktəblərdə fəaliyyət göstərən dərnəklər olduğu iddia edilir. Məlumata görə, adı olub, özü olmayan bu dərnəklərdə “keçirilən” dərs saatları üçün dövlət tərəfindən ödənilən vəsaitlərin yarısı sektor müdirinə çatır.

Qəbələ sakinləri kəndlərdəki orta və ümumi məktəblərdəki durumun isə həddindən artıq acınacaqlı olduğunu bildirirlər. Belə ki, bu məktəblərin əksəriyyətinin 10 və 11 ci siniflərində çoxlu sayda adı olub özü olmayan şagirdlərin olduğu deyilir. Hər bir məktəbin 10-cu və 11-ci siniflərində nə qədər “lipa” şagirdin olduğunu isə ən yaxşı və dəqiq bilən Arifə Bayramovadır.

İddiaya görə “lipa” şagirdlərin yerləşdirilməsinə nəzarəti və onlar üçün alınna illik haqqın yarı hissəsidə keçmişdə olduğu kimi yenə də xanım Bayramovaya çatır.

Yəni deyə bilərik ki, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin yaradılmasına baxmayaraq, yenə də Qəbələ təhsil sistemi Arifə Bayramovanın əlində cəmləşib və onun şöbə müdiri olduğu dövrdəki kimi işləyir.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paris-2024: Hidayət Heydərov mükafatlandırılıb, Dövlət Himni səsləndirilib - Yenilənib

Maaşlar bu qədər artacaq - Dəqiq məbləğ açıqlandı

Pezeşkian Makrona xəbərdarlıq etdi: İsrail hücum etsə...

DSX əməkdaşının sosial şəbəkələrdə yayılmış videogörüntüsü ilə bağlı açıqlama

Yunanıstan Türkiyənin dəniz sərhədlərini tanıdı... - İki ölkə arasında “soyuq müharibə” ortadan qalxacaq?

İlqar Fəhmi Axund Azərdən, mentalitetdən, bakılılardan danışdı

Olimpiya çempionu: "Məni Azərbaycandan ilk təbrik edən Prezidentimizlə xanımı oldu"

Azərbaycanda bəzi universitetlərdə təhsil haqqları artırıldı: Səbəb nədir?

Ən çox oxunanalar