Bazar ertəsi, 09 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Araik niyə Yerevana qarşı "bunt" qaldırdı...

Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan Azərbaycan ərazilərində qeyri-adi vəziyyət yaranıb. Xankəndində fəaliyyət göstərən oyuncaq rejim, - “hakimiyyətindən müxalifətinə qədər”, - Ermənistan hakimiyyətinə qarşı bunt qaldırıb. Və belə vəziyyət 90-cı illərin əvvəllərindən bəri ilk dəfədir yaşanır.

Belə vəziyyətin yaranmasına isə baş nazir Nikol Paşinyanın son açıqlamaları olub. Paşinyan onu “Qarabağı Azərbaycana verməkdə” ittiham edənlərə cavab olaraq deyib ki, əslində onun hakimiyyətindən əvvəl də danışıqlarda yaranmış vəziyyət Dağlıq Qarabağın statusunun ancaq Azərbaycanın tərkibində mümkün ola biləcəyini təsdiqləyirdi. Paşinyanın sözlərinə görə, ona elə danışıqlar irsi miras qalmışdı ki, həmin vəziyyətdə Qarabağın ermənilərə aid olduğunu deyə bilməzdi. (Baxmayaraq ki, Paşinyan 2018-ci ildə “Qarabağ Ermənistandır, nöqtə” deyərək danışıqlar prosesinə nöqtə qoymuşdu, - red.). Paşinyan dolayısıyla bunu da deyib ki, indiki vəziyyətdə Dağlıq Qarabağın Azərbaycana aid olması ilə barışmaq lazımdır.

Lakin Xankəndində gözlənilməz demarş baş verib, həm oyuncaq rejimə başçılıq edən Araik Arutyunyan, həm qondarma “parlament” Paşinyanın bəyanatlarını rədd ediblər, yenə də “arsaxın öz müqəddəratını təyin etməsindən” və digər bu kimi mənasız məsələlərdən danışıblar.

Ermənistanda nəşr edilən “Hraparak” qəzeti yazır ki, əslində bütün bunlar Paşinyanın general Samvel Babayanın əliylə (qondarma “dqr”in keçmiş “müdafiə naziri” və “təhlükəsizlik şurasının katibi” kimi vəzifələr tutub) Araik Arutyunyanı “hakimiyyətdən” kənarlaşdırmaq planının birinci mərhələsidir. Belə ki, əvvəlcə Paşinyan Xankəndində Araiki “impiçmentlə” hakimiyyətdən kənarlaşdırmaq istəyib. Belə olan halda Rusiya sülhməramlı qüvvələrinin nəzarətindəki ərazilərdə qondarma “prezident” kürsüsü də boş qalacaqdı, çünki Azərbaycan bu ərazilərdə yeni qanunsuz seçkilərin keçirilməsinə imkan verməyəcək.

Bu cəhd alınmayanda Araiki etiraz aksiyaları ilə qovmaq planları qurulur. Bildirilir ki, Babayan bəzi çevrələrin dəstəyi ilə ona qarşı etiraz aksiyaları təşkil etməyə hazırlaşır. Məlumata görə, bu günlərdə Samvel Xankəndində Araiklə görüşmək istəyib, amma rədd cavabı alıb.

Qeyd edək ki, əslində Ermənistanın kapitulyasiyasının ardınca Araik də tezliklə “hakimiyyətdən və siyasətdən gedəcəyi” barədə bəyanat vermişdi. Amma daha sonra nə oldusa o, həmin planlarından daşındı və oyuncaq rejimə başçılıq etməkdə davam etdi. Bu ilin əvvəllərində Xankəndində “Azadlıq” radiosuna danışan mənbələr demişdi ki, Araik getmək istəyib, amma ruslar ona qalmağı tapşırıblar...

Görünən odur ki, Rusiya sülhməramlılarının nəzarətindəki Azərbaycan ərazilərində fəaliyyətlərini davam etdirən separatçı tör-töküntüləri Paşinyanın Azərbaycanla yekun sülhə nail olmaq səylərindən elə də məmnun deyillər.(virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda karate müəllimi azyaşlı ilə cinsi münasibətdə şübhəli bilindiyi üçün həbs edilib

İrana getmək istəyənlərin nəzərinə - Qaydalar sərtləşdirildi

Elariz Məmmədoğlu: "Qazancım haqda soruşmayın"

Ağstafada ər və arvad faciəli şəkildə öldülər - Təfərrüat

Millətlər Liqası: Azərbaycan səfərdə Slovakiyaya məğlub olub - Yenilənib

Tatamiyə damğa vuran zəfər: Azərbaycan cüdoçularından tarixi nəticə

Qıcqırmış salat, gömgöy kəsmik.. - "Araz"da vaxtı keçmiş məhsullar satılır

Cəlilabadda yanan evdə qalan azyaşlı xilas edilib - Yenilənib

Ən çox oxunanalar