Şənbə, 12 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Netanyahu nazirlərə icazəsiz Məbəd dağını ziyarət etməyi qadağan edib

İsrailin baş naziri Benyamin Netanyahu Qüdsün qədim hissəsindəki Məbəd dağındakı status-kvonun müqəddəsliyini bir daha təsdiqləyib və nazirlərin əvvəlcədən icazə almadan məbədi ziyarət etmələrini qadağan edib...

Poliqon xəbər verir ki, bu barədə İsrail baş nazirinin ofisi məlumat yayıb.

“Nazirlər Netanyahunun əvvəlcədən icazəsi olmadan Məbəd dağına qalxmamalıdırlar”, deyə bəyanatda deyilir. Bundan əlavə, baş nazir Məbəd dağı ilə bağlı status-kvoda hər hansı dəyişiklik olmayacağını vurğulayıb. Baş nazirin ofisi qeyd edir ki, Netanyahu bu bəyanatları sentyabrın 8-də axşam Nazirlər Kabinetinin iclası başlamazdan əvvəl verib.

Qeyd edək ki, İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir 2024-cü ildə artıq üç dəfə - 22 may, 18 iyul və 13 avqustda Məbəd dağına çıxıb. Bundan əlavə, iyulun 24-də Knessetdə (parlamentdə) “İsrailin Məbəd dağına qayıtması”na həsr olunmuş konfransda o, ölkə hakimiyyətinin nümayəndəsi kimi yəhudilərə bu yerdə dua etməyə icazə verdiyini bildirib. Bununla nazir faktiki olaraq Məbəd dağı ətrafındakı status-kvonu mübahisələndirib, Çünki orada yalnız müsəlmanların namaz qılmaq hüququ var, yəhudilər isə orada dini ayinlər yerinə yetirmədən kompleksi ziyarət edə bilərlər.

Qüdsün statusu Fələstin-İsrail nizamlanmasının əsas problemlərindən biridir. İsraillilər 1967-ci il müharibəsi zamanı şəhərin şərq hissəsini işğal ediblər. İsrail Qüdsün yəhudilərin “bir və bölünməz” paytaxtı olduğunu təkid edirlər. BMT Təhlükəsizlik Şurası 20 avqust 1980-ci il tarixli 478 saylı qətnamə ilə İsrailin Şərqi Qüds hüququnu rədd edib və təşkilat üzvlərini şəhərdən diplomatik nümayəndəliklərini geri çəkməyə çağırıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məmur İntiqam Məmmədovun “topdağıtmaz” sərvəti

Xudatda baş verən qəzada ölən və yaralananların kimliyi məlum olub - Yenilənib 

Bakıda iqlim və inkişaf üzrə nazirlərin görüşü keçirilir

Risk: “Unibank” bu həftə 501 müştərisi ilə bağlı məhkəməyə müraciət edib...

Cəbhədə nə baş verir? - Rusiya ağır itkilər verir, Ukrayna əraziləri tədricən təslim edir...

Maliyyə Nazirliyinin şöbə müdiri işdən çıxdı - Foto

Araik Arutyunyan, Davit Babayan və digərlərinin həbs müddəti uzadılıb

Kobaxidze: Zurabişvilinin dekabrın əvvəlində impiçment yolu ilə vəzifədən kənarlaşdırılması baş verəcək

Ən çox oxunanalar