Şənbə, 12 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sudanda bazara atəş nəticəsində onlarla insan həlak olub

Sudanın mərkəzində yerləşən Sinnar şəhərində Çevik Reaksiya Qüvvələrinin (RRF) endirdiyi zərbə nəticəsində azı 20 nəfər ölüb, 70-dən çox adam yaralanıb...

Poliqon xəbər verir ki, bu barədə Çinin “Sinxua” Agentliyi yerli təşkilatlara istinadən məlumat yayıb.

Sinnar Gənclik Dərnəyi, RRF qüvvələrinin şəhər bazarına və Əl-Muvazafin bölgəsinə hücum həyata keçirdiyini, 20 nəfərin öldüyünü və 100-dən çox insanın yaralandığını bildirib.

Bu arada “Sudan həkimləri” qeyri-hökumət təşkilatı SRF-nin atəşi nəticəsində 21 nəfərin öldüyünü, 70-dən çox insanın yaralandığını bildirib və hücumu silahsız mülki əhalinin “qırğını” adlandırıb.

ÜST daha əvvəl bildirmişdi ki, Sudandakı münaqişə azı 20 min insanın həyatına son qoyub.

2023-cü il aprelin 15-dən Sudanda hərbçilər ilə hazırda paytaxt Xartumun əsas hissəsinə, Darfur və Kordofan bölgələrinə nəzarət edən RRF arasında silahlı münaqişə gedir.

Bu münqaişə üzündən 13 milyondan çox insan evlərini tərk etməli olub, o cümlədən 2,3 milyonu xaricə qaçıb. Vəziyyət səhiyyə sisteminə ciddi ziyan vurmaqla daha da çətinləşib, bir çox xəstəxana və tibb müəssisələri fəaliyyətini dayandırmalı olub. Ölkədə vəba epidemiyası qeydə alınıb, təxminən 4,2 min insan yoluxub, ən azı 165 nəfər ölüb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məmur İntiqam Məmmədovun “topdağıtmaz” sərvəti

Xudatda baş verən qəzada ölən və yaralananların kimliyi məlum olub - Yenilənib 

Risk: “Unibank” bu həftə 501 müştərisi ilə bağlı məhkəməyə müraciət edib...

Bakıda iqlim və inkişaf üzrə nazirlərin görüşü keçirilir

Cəbhədə nə baş verir? - Rusiya ağır itkilər verir, Ukrayna əraziləri tədricən təslim edir...

Maliyyə Nazirliyinin şöbə müdiri işdən çıxdı - Foto

Araik Arutyunyan, Davit Babayan və digərlərinin həbs müddəti uzadılıb

Kobaxidze: Zurabişvilinin dekabrın əvvəlində impiçment yolu ilə vəzifədən kənarlaşdırılması baş verəcək

Fəaliyyətini dayandıran “Xaliq Faiqoğlu” necə sərnişindaşıma xidməti göstərir? – Müəmma

Ən çox oxunanalar