Cümə, 09 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Anna Akopyanı güllələnmiş birinci xanımla müqayisə etdilər – Paşinyana gizli mesaj

Ermənistanın Baş naziri Nikol Paşinyanın xanımı Anna Akopyanın ölkənin siyasi həyatına fəal müdaxiləsi erməni ictimaiyyəti tərəfindən birmənalı qarşılanmır.

Erməni mediası hətta onu sosialist diktatorların xanımların ilə müqayisə edir.

“Sputnik Armenia” yazır ki, Anna Akopyanın adının siyasi proseslərdə hallandırılması Paşinyanın qərarlar verərəkən ona nəzər salması ilə əlaqələndirilir.

Sayt tarixdə belə nümunələrin çox olduğunu yazaraq bəzilərini təqdim edib:

“Yelena Çauşevski. Rumıniya Prezidenti Nikolay Çauşevskinin (1974-1989-cu illərdə ölkəyə rəhbərlik edib) xanımı. O, həm də Baş nazirin müavini, Siyasi Büronun üzvü, Rumıniya Elmlər Akademiyasının rəhbəri və ölkənin ən iri kimya şirkətinin rəhbəri idi.

Yovanka Broz. Yuqoslaviya Prezidenti İosif Broz Titonun (1953-1980-ci illərdə ölkəyə rəhbərlik edib) xanımı. Rəsmi vəzifəsi olmasa da, 11 nazirdən 10-nu qovub. Yovanka Brozun faəliyyəti ölkə onun davranışına həsr olunmuş 59 müşavirə keçirilməsinə səbəb olub. İş o yerə çatmışdı ki, 1974-cü ildə əri Tito “Yoldaş Yovankanın işi”nin araşdırılması üçün xüsusi komissiya yaradıb.

Məlumat üçün deyək ki, Yelena Çauşevski güllələnib, Yovanka Broz isə həyatının 25 ilini ev dustaqlığında keçirib.

Erməni mediasının Anna Akopyanı bu xanımlarla müqayisə etməsi Baş nazirin həyat yoldaşına incə mesaj da sayıla da bilər. Nəzərə almaq lazımdır ki, Rusiyanın media layihəsi olan “Sputnik” agentliyinin rəhbəri erməni əsilli Marqarita Simonyan Paşinyan hakimiyyətinin qatı əleyhdarlarından hesab edilir.(yeni sabah)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Xərçəngin səhərlər ortaya çıxan əlamətləri - Ehtiyatlı olun!

Bakıda küçədən keçən qadına əxlaqsız təkliflər edən şəxsin görüntüləri

UEFA Konfrans Liqası: "Zirə" son dəqiqədə vurduğu qolla məğlubiyyətdən xilas olub -  Yenilənib

Sakinlərin diqqətinə: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Ukraynanı təmsil edən azərbaycanlı idmançı Paris-2024-də gümüş medal qazanıb

İqtisadçı ekspert: Dollar tezliklə bahalaşa bilər, manata təzyiqlər kəskin artıb...

Deputatın rektor olduğu universitet cərimələnir

Hindistanın ilk "Akash-1S" zenit-raket kompleksləri Ermənistana çatdırılacaq

Şəxsiyyət vəsiqəsini dəyişdirmək istəyənlərin nəzərinə 

Bunu Bakının tələbi ilə etməyəcəyik - Erməni nazir

Ən çox oxunanalar