Cümə, 16 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Amerikalı politoloq: “Avropa Ermənistana silah daşınmasına göz yummamalıdır”

Ermənistan silahlı qüvvələri humanitar atəşkəs rejimini kobud şəkildə pozur. Onlar Azərbaycanın Goranboy, TərtərAğdam rayonlarını atəşə tutmağa davam edirlər”.

Bunu “Report”a amerikalı politoloq, beynəlxalq münasibətlər üzrə ekspert Piter Teys deyib.

Avropa İttifaqı və Aİ Şurası susmaqla və rəsmi Yerevana təzyiq göstərmək və Nikol Paşinyanı ədalət mühakiməsinə cəlb etmək üçün heç bir addım atmamaqla böyük səhv edir. Avropa Şurasının prezidenti Şarl Mişel susqunluğu və səriştəsizliyi ilə Ermənistanın cinayətlərini müdafiə edir. Martin Lüter Kinq bir dəfə belə deyib: “Vacib şeylərdən danışmağı dayandırdığımız gün həyatımız bitər”, - o bildirib.

Onun fikrincə, Şarl Mişel və Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen lider rolunu üzərlərinə götürməli və Ermənistan hökumətinə suveren Azərbaycan ərazilərində hərbi cinayətlər törətməyi və dinc əhalini öldürməyi dayandırmaq üçün təzyiq göstərməlidirlər.

“Erməni faşizmini görməzdən gəlmək regional və Avropanın enerji təhlükəsizliyi üçün fəlakətdir. Son bir neçə gündə Avropa şəhərlərindən Ermənistana mülki nəqliyyat təyyarələri vasitəsilə çatdırılan silahların daşınması da başqa bir cinayətdir. Avropanın məsul liderləri buna göz yummamalıdır”, - politoloq fikrini tamamlayıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Konfrans Liqası: "Zirə" tarixində ilk dəfə pley-off mərhələsinə vəsiqə qazanıb - Yenilənib

Yaxın iki həftə ərzində güclü zəlzələ ola bilər - Seysmoloq

Rusiya XİN Ermənistanda çap olunan tarix dərsliyinin təxribat xarakterli olduğunu bəyan edib

VHP-çi namizəd Gülnar Hüseynova Ucarda seçicilərlə görüşüb

Dünyada aylıq temperatur rekordları dövrü sona çatır, havalar soyuyacaq

Göygöldə qonşusunu bıçaqlamaqda şübhəli bilinən 18 yaşlı gənc tutulub - Yenilənib

Azərbaycan ordusunun Naxçıvan istiqamətindəki mövqeləri atəşə tutulub

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay