Şənbə, 03 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Alman siyasətçi: Müharibəni dondurmaq istəyənlər ukraynalılardan diktatora tabe olmağı tələb edir

Almaniyanın Yaşıllar Partiyasının sədrlərindən biri Omid Nuripur bildirib ki, Ukrayna xalqı Rusiya ilə münaqişəni dondurmağa layiq deyil...

Poliqon xəbər verir ki, partiya lideri bu barədə Bundestaq deputatı, Almaniya Sosial Demokrat Partiyasının (SDP) parlament qrupunun rəhbəri Rolf Mützenixin hərbi əməliyyatları dondurmaq çağırışına cavab verərkən danışıb.

"Dondurulma o deməkdir ki, biz sadəcə olaraq işğal olunmuş ərazilərdə baş verən dağıdıcı insan hüquqları pozuntularına məhəl qoymuruq. Ukrayna xalqı buna layiq deyil. Buna razılıq vermək olmaz", deyə Nuripur bildirib.

Yaşıllar Partiyasının lideri hadisələrin bu cür inkişafının Ukraynaya kömək etməyəcəyini vurğulayıb.

Münaqişənin dondurulması çağırışı Nuripurun həmkarı Katrin Goerinq-Ekardt tərəfindən də tənqid edilib. Onun sözlərinə görə, hərbi əməliyyatların dondurulması sülhə gətirib çıxarmayacaq və onu riskə atacaq.

"Dekabr ayında Berlində keçirilən partiya konfransında SPD, onilliklər boyu davam edən yanlış Rusiya siyasətini və Vladimir Putinin təcavüzkar imperializminə göz yummasını səhv kimi qiymətləndirdi. Bu özünütənqid qərarı hörmətə layiqdir. Lakin 4 aydan az vaxt keçdikdən sonra SPD parlament qrupunun lideri partiya rəhbərliyinin öz Rusiya siyasətini nəzərdən keçirmək cəhdlərinə qarşı çıxır və ciddi şəkildə Ukrayna müharibəsini sadəcə olaraq dondurmağa çağırır. Müharibələri dondurmaq sülhə gətirib çıxarmır. Bu, sülhü təhlükə altına alır.

Beynəlxalq hüququ pozan Rusiyanın Ukraynaya qarşı müharibəsini dondurmaq istəyən hər kəs Ukrayna xalqından bir diktatora tabe olmağı tələb edir və Putini imperialist kampaniyasını davam etdirməyə dəvət edir. SPD-nin dekabr ayından sonrakı siyasəti ölkəmiz üçün təhlükədir. Bu kursla SPD etibarlı sülhü təmin edəcək bir partiya olmadığını göstərir. Əhali arasında qorxu yaratmaq ağıllı hərəkət deyil".

SPD lideri Lars Klinqbeyl isə partiyasının parlament qrup liderini müdafiə edib:

"İndi Rolf Mützenixi, SPD-ni və ya kansleri Ukraynadan uzaqlaşırmış kimi göstərmək düzgün deyil. İndi müharibələri necə bitirə biləcəyimiz və sülhə necə nail ola biləcəyimizlə bağlı parlamentdə müzakirə aparmalıyıq. İndi hər şey tamamilə aydındır: danışıqların nə vaxt aparılacağına Ukrayna qərar verir. Biz heç vaxt Ukraynaya indi döyüşü dayandırmağı söyləməyəcəyik. Biz - federal kansler, Rolf Mützenix və mən də partiya lideri kimi bunu təkrar-təkrar demişik - Ukraynanı daimi və fəal şəkildə dəstəkləyəcəyik".

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı-Sumqayıt yolundakı avtobus qəzasında ölən və yaralananların adları açıqlanıb - Yenilənib

Paris-2024: Azərbaycan cüdoçusu təsəlliverici görüşdə mübarizəni dayandırıb

İsmayıl Haniyə MOSSAD tərəfindən necə öldürülüb?

İsrail ilə Türkiyə arasında artan gərginlik və Azərbaycan...

Ərəstun Oruclu: Heç bir dövlətin kimisə terrorçu elan etmək hüququ yoxdur... - Müsahibə

Qazaxda mina partlayışında xəsarət alan iki nəfərin ayağı amputasiya edilib - Yenilənib

Mikayıl Cabbarov "Yüksəliş" müsabiqəsinin qaliblərini təbrik edib

Alimlər xərçəngdən qoruyan qidaların yeni siyahısını açıqladı

Paytaxtın dörd rayonunun müəyyən ərazilərində qaz olmayacaq

Politoloq: İsrail təkbaşına İranı məğlub edə bilməz...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay