Şənbə, 17 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Alimlər koronavirusun “zəif nöqtə”sini tapıblar

Alimlər COVID-19-a səbəb olan SARS-CoV-2-nin fundamental xüsusiyyətini aşkarlayıblar...

Bunu Sauthempton Universitetinin mütəxəssisləri açıqlayıblar.

Məlumata görə, alimlər dünyada ilk dəfə SARS-CoV-2-nin yayılma modelini yaradıblar. Bunun sayəsində koronavirusun insan hüceyrələrinə yapışmaq vasitəsi olan böyük miqdarda tikanlara sahib olduğu məlum olub. Bu tikanlar karbohidrogen molekul olaraq qlikanla örtülüb. Qlikan virusu pərdələyərək immunitetdən gizlənməsinə şərait yaradır.

Ancaq qlikanın quruluşunu araşdıran alimlər koronavirusun antikorlardan elə də yaxşı qorunmadığını müəyyənləşdiriblər.

“Viruslar karbohidratlar sayəsində saman altından su yeridirlər, ancaq biz öyrəndik ki, digər viruslardan fərqli olaraq koronavirusda bu, elə də yaxşı alınmır”, – araşdırmanın rəhbəri professor Maks Krispin söyləyib.

Araşdırmaçılar SARS-CoV-2-nin örtüyündə dəliklər aşkarlayıblar. Bu, koronavirusu digər viruslarla, məsələn, dəlilməz örtüyə sahib İİV ilə müqayisədə daha həssas edir.

Tədqiqatçıların fikrincə, SARS-CoV-2-dəki açıq sahələrin aşkarlanması onu immunitet üçün görünən edəcək, həmçinin laborator antikorların koronavirusdakı həmin boşluqlara fokuslanmasına yardımçı olacaq. (Report)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçmiş diplomatlardan ibarət şəbəkə ifşa olunub - Yeni faktlar

Tovuzlu sahibkar: " Bir çarəm qalır, fəaliyyətimi dayandırmaq" - Video

Politoloq: İranda Pezeşkianla bağlı ciddi problemlər olacaq...

Xalq artisti Cahangir Novruzovun Ankarada 70 illik yubileyi keçirilib

Kəlbəcərdə qardaşları ilə birlikdə itkin düşən Təranə Zeynalovanın qan donduran hekayəsi - Video

Ermənilərin növbəti tarix saxtakarlığı - 1828-ci ildə “Şərqi Ermənistan” olub?

Sırski: Ukrayna ordusu Kursk vilayətində daha 1-3 km irəliləyib

Bakıda və Abşeronda süxurun qanunsuz daşınması faktı aşkarlandı

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay