Cümə, 06 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Alimlər: İqlim dəyişiklikləri silahlı münaqişələrə və kütləvi miqrasiyaya səbəb olur

Alimlər iddia edirlər ki, iqlim dəyişiklikləri silahlı münaqişələrin və son illər Avropanı bürüyən kütləvi miqrasiyanın əsas səbəblərindən biridir

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, Beynəlxalq Tətbiqi Sistem Analizi İnstitutunun alimlərindən ibarət qrup bu iddiaları elmi cəhətdən əsaslandırıb. Sübut olunub ki, son illər Yaxın Şərq ölkələrində və Afrikada silahlı münaqişələrin artması və Avropaya kütləvi köçün başlanması quraqlıq, sel və daşqınların statistikasındakı yüksəlişlə bilvasitə əlaqəlidir.

Alimlərin tədqiqatlarının yekunu olan hesabatda bildirilir ki, 2010-cu ildə Tunis Liviya Yəmən və “ərəb baharı”nın baş verdiyi digər ölkələrdə iqlim amili əsas rol oynayıb. Belə ki, bu regionda orta temperaturun yüksəlməsi və uzun sürən quraqlıq içməli su çatışmazlığı, quraqlıq nəticəsində kənd təsərrüfatı məhsullarının məhv olması ilə nəticələnib ki, bu da həmin ölkələrdə urbanizasiya prosesini gücləndirib. Şəhərlərdə isə işsizlik və evsizlik şəraitində yaşayan insanlar siyasi gərginliyin artmasında əsas rol oynayıblar. Bütün bunların nəticəsində vətəndaş müharibələri və kütləvi köç prosesi başlayıb.

Hesabatda qeyd olunur ki, 2018-ci ilin noyabrına olan məlumata görə, 5,6 milyon suriyalı ölkədən didərgin düşüb, daha 6 milyon nəfər isə məcburi köçkünə çevrilib. Şərqi İngiltərə Universitetinin professoru Raya Muttarak bildirib ki, aparılan tədqiqatda KİV-lərdə yer almış informasiyalardan və beynəlxalq təşkilatların hesabatlarından istifadə olunub. Onun sözlərinə görə, tədqiqat qrupu kütləvi miqrasiya ilə iqlim dəyişikliyi arasında səbəb-nəticə əlaqəsini tamamilə sübut edə bilib. “Əvvəlcə biz 2006-2015-ci illərdə dünyanın 157 ölkəsində sığınacaq üçün müraciətləri araşdırdıq. Sonra insanların kütləvi şəkildə tərk etdiyi ölkələrdə iqlim şəraitini öyrəndik. Məlum oldu ki, daha çox quraqlıq olan ölkələrdə silahlı münaqişələr baş verib və insanlar kütləvi köçə məcbur edilib. Lakin biz bu əlaqənin birbaşa deyil, bilvasitə olduğunu bildirmişik”, deyə alim əlavə edib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Lukaşenkodan şok: Zelenskini onlar aradan götürəcək!

Yığmamız Millətlər Liqasına məğlubiyyətlə başlayıb - Yenilənib

Azərbaycan COP29 ilə əlaqədar elektron viza portalını istifadəyə verib - Yenilənib

Prezident İlham Əliyev İtaliyada Beynəlxalq Çernobbio Forumunda çıxış edib - Yenilənib

Dünyanın ən bahalı heyətinə malik futbol klubunun adı açıqlandı

Anar Məmmədovla bağlı ilginc iddia - Trampın seçkisinə...

İsveç millisinin baş məşqçisi: "Belə oyun təklif edirsənsə, rəqibə fürsətlər də vermiş olursan"

Ən çox oxunanalar