Cümə, 16 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aİ-dən koronavirusa qarşı vaksin istehsal edən şirkətlərə çağırış

"Avropa İttifaqından külli miqdarda sərmayələr əldə etmiş Qərb əczaçılıq şirkətləri koronavirusa qarşı vaksinlərin quruma üzv ölkələrə tədarükünə dair öhdəliklərini tam yerinə yetirməlidir".

“Report” “DW”yə istinadən xəbər verir ki, bunu Avropa Komisiyasının prezidenti Ursula fon der Leyen onlayn formatda keçirilən Dünya İqtisadi Forumunda bildirib.

Onun sözlərinə görə, Aİ lap əvvəlcədən tədqiqat imkanları və istehsalat müəssisələri yaratmaq üçün vəsait ayırıb: "Avropa dünyanın COVID-19-a qarşı ilk peyvəndin ərsəyə gəlməsi üçün milyardlar yatırıb. İndi şirkətlər bunu təmin etməlidir, öz öhdəliklərini layiqincə yerinə yetirməlidir. Məhz bunun üçün biz vaksinlərin ixracatı üçün şəffaf mexanizm yaradacağıq”.

Qeyd edək ki, Aİ rəsmiləri Böyük Britaniya - İsveç şirkəti “Astra Zeneca”nı 27 üzv ölkəyə koronavirusa qarşı peyvəndin tədarükünə dair müqavilə öhdəliklərini pozmaqda ittiham ediblər. Belə ki, şirkət cari ilin birinci rübündə Aİ-yə razılaşdırılmış tədarükü 60 faiz ixtisar edəcəyini açıqlamışdı. Hazırda Avropa Komisiyasının yaratmaq niyyətində olduğu yeni mexanizm əczaçılıq şirkətlərini qurumun üzvü olmayan ölkələrə vaksin tədarükünə başlamaq üçün əvvəlcə Aİ-yə bildirmələrini nəzərdə tutur.

Cənubi Afrika Respublikasının (CAR) prezidenti, Afrika İttifaqının sədri Kiril Ramafosa isə forumda çıxışı zamanı “dərman millətçiliyinə” qarşı etiraz edib: “Zəngin ölkələr əllərində böyük həcmdə vaksin cəmləşdirir... Bəzi ölkələr əhalisinin ehtiyacının dördqat həcmində dərman toplayır”.

pia.az 


Etiket: Koronavirus


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Konfrans Liqası: "Zirə" tarixində ilk dəfə pley-off mərhələsinə vəsiqə qazanıb - Yenilənib

Yaxın iki həftə ərzində güclü zəlzələ ola bilər - Seysmoloq

Rusiya XİN Ermənistanda çap olunan tarix dərsliyinin təxribat xarakterli olduğunu bəyan edib

VHP-çi namizəd Gülnar Hüseynova Ucarda seçicilərlə görüşüb

Dünyada aylıq temperatur rekordları dövrü sona çatır, havalar soyuyacaq

Göygöldə qonşusunu bıçaqlamaqda şübhəli bilinən 18 yaşlı gənc tutulub - Yenilənib

Azərbaycan ordusunun Naxçıvan istiqamətindəki mövqeləri atəşə tutulub

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay