Bazar ertəsi, 22 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ yenə İŞİD-dən istifadə edir? – Bağdadinin yenidən ortaya çıxması nəyə işarə edir?..

İsrailin mütləq təhlükəsizliyi üçün Suriya və İraqın Şimalında təhlükəli planlar və əməliyyatlar davam edir...

Kənan Akın
“Yeniçağ” qəzeti, Türkiyə, 6 may 2019-cu il


Müqəddəs Ramazan ayı başlayarkən, çox təəssüf ki, İslam dünyasının sakit günlərini pozan məsələlər meydana çıxır.
Xüsusuilə, Silahlı Qüvvələrimizə qarşı “hiyləgər” planlar qurularkən qəhrəman əsgərlərimiz şəhid olur.

Fikir versək, ABŞ qüvvələrinin bir qismini İraqa doğru göndərərkən türk hərbiçilərinə qarşı əməliyyatlar, hətta polis bölmələrimizə, bazalarımıza hücumlar edilir.

Həmçinin, 5 ildən sonraİŞİD-in lideri Əbubəkir Əl Bağdadi internet resurdan mesaj yayımlayaraq Türkiyəni təhdid etməsi yeni bir hərəkətlənmədən xəbər verir.

ABŞ-ın Əl Bağdadinin başına 25 milyon dollar mükafat qoymasına rəğmən internet resursda belə olsa, yenidən görünməsi yeni bir strategiyanın addımları kimi dəyərləndirilir.

İki terror təşkilatı İŞİD ilə PKK arasında “qarşılıqlı olaraq fayda vermək” münasibətinin davam etdiyi də məlumdur.

Yəni nəticədə, bir ABŞ-İŞİD münasibəti ağla gəlir.

Bu arada, Türkiyənin bəzi təşkilatlarla, hətta Suriya ilə dolayı səbələrlə təmasda olduğu təsdiqlənmədən önə sürülür.

Dəfələrlə bildirdiyimiz kimi, uzun illərdir kim Ağ Evdə prezident kim olursa olsun ABŞ-ın Orta Şərqdəki əsas hədəfi neft və İsrailin təhlükəsizliyini təmin etməkdən ibarətdir.

Trampa gəldikdə isə Ağ Evdə onun kimi sözünün üstündə dayanmayan, iradəsiz bir prezidentinin olması vəziyyəti daha da gərginləşdirir. Xüsusilə Orta Şərqdə çox təhlükəli və bəşəriyyətin şərəfinə yaraşmayan oyunları bitib tükənmir.

Hər nə qədər ABŞ yenə Ankaradakı bir iclasda çoxlu vədlər vermiş olsa da, işlər həmişəki kimi yolunda getməyəcək.

Həqiqətən də, Əfqanıstandan “qala” kimi istifadə edən ABŞ neft və enerji yollarının nəzarəti ilə yanaşı, İsrailin təhlükəsizliyi üçün hər cür siyasi və hərbi planı ortaya atmaqdan əl çəkmir.

Əlbəttə ki, strateji müttəfiqi və NATO üzvü olan Türkiyəni bu yolda daima fəda etməyə hazır olan ABŞ istədiyi şəkildə planlarını həyata keçirir. Hətta terror təşkilatlarını belə yanına çəkərək bölgəni qana boyamaqdan çəkinmir.

Halbuki, “Ərəb baharı”nın layihəsinin qurucuları nə demişdi, nə oldu?

Fridmanın “qorxunc arzusu” və Bjezinskinin “Böyük Şahmat Taxtası” səfsətəsi, əslində tarixin yönünü korlamağa davam edir.

Pentaqonun strategiyalarını müəyyənləşdirən Stratforun qurucusu və “Kölgə MKİ” ləqəbli Corc Fridman Böyük Orta Şərq Layihəsinin müzakirə edildiyi illərdə, yəni 2009-da Türkiyəyə yol xəritəsi kimi İslam ölkələrinin liderliyini cızırdı.

İndi isə İslam ölkələrinin liderliyi modeli üçün Səudiyyə Ərəbistanının üzərində durulub.Görünür, ABŞ-ın radikal qüvvələrin prezidenti və ABŞ adminstrasiyasını nəzarətdə saxlamaq istəməsi Türkiyə ilə də yaxından əlaqəlidir.

Digər tərəfdən, bütün Orta Şərqin istər istəməz GOP (ABŞ Respublikaçılar Partiyası) planlarının təsirinə düşmüş olması da diqqətdən yayınmır. Üstəlik,planın yeni formaları da gün keçdikcə üzə çıxır.

ABŞ-ın nə bahasına olursa olsun İsraili qorumaq üçün qurduğu “dərin” planlarını bir tərəfə qoysaq, qarşımıza Orta Şərqdə “neft və Kürd bəlası” çıxır.

Orta Şərqdə baş verən qanlı proseslərə nəzər saldıqda neftin bütün dünya üçün bir “baş bəlası” olduğunu da görmək olur.

Üstəlik, kürd quruluşları istər “pirat” adlandırılan Peşmərgə dövlətçiliyi ilə, istərsə də terror təşkilatları ilə bölgədəki yanğını tez-tez alovlandırırlar.

Enerji və yolların təhlükəsizliyi üçün başda kürdlər olmaqla, müxtəlif terror təşkilatları Qərb tərəfindən həm yaradılır, həm maliyyələşdirilir, həm təchiz edilir, həm də lazım gələndə bir “silah” kimi problemli bölgədə istifadə olunur.

Bildiyimiz kimi, dünyaya lazım olan enerjinin böyük bir hissəsini verən Orta Şərq və Avrasiya bölgələri daim təhlükənin mərkəzdə olması hamını həm düşündürür, həm də narahat edir. Bir tərəfdən baxanda enerji qaynağına sahib olmaq və onu bazara çıxarmaq daima problem olur.

Orta Şərqi çox vaxt böhrana aparan bu strateji dəyərin ən böyük ünsürlərindən birinin də Türkiyə olduğu qəbul edilir. Onsuz da qlobal güc və sərmayənin Orta Şərqdən gözləntisi və istəyi enerji qaynaqları və enerji yollarının təhlükəsizliyi ilə izah olunur.

İsrailin mütləq təhlükəsizliyi üçün Suriyaİraqın Şimalında təhlükəli planlar və əməliyyatlar davam edərkən, İraqSuriyanın parçalanması Türkiyəni təhdid etmək və İrana qarşı hərbi müdaxilə məsələləri gündəmdən düşmür.

Tərcümə PİA.az-ındır

Orjinal

Fatimə ƏLİYEVA
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əməkdar artistin toy paltarı gündəm oldu - Foto

Fransalı ekstremalın sehrli xalça kostyumunda uçuşu gündəm oldu - Video

"Xatırlayarsan məni" - Mərhum Xalq artisti Məmmədbağır Bağırzadənin doğum günüdür

ABŞ və Böyük Britaniya Yəmənə zərbələr endirib

II Qlobal Media Forumunda iştirak edən xarici qonaqlar üçün Şuşada gəzinti təşkil edilib

Ərdoğan Ersin Tatarın Şuşada Zirvə görüşünə qatılmasından danışdı

Ərdoğan nazir və deputatlarla basketbol oynadı - Foto

Səttar Möhbalıyev istefa verir - AHİK-in yeni sədri kim olacaq?

Şuşada “Fransız Kolonializminin Təkamülü: Siyasi və Konstitusional Tədqiqat” adlı hesabatın təqdimatı keçiriləcək

Ən çox oxunanalar