Çərşənbə, 14 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ tarixçisi: “Xocalı faciəsini insanlara izahı belə, dəhşətlidir”

Xocalı faciəsini insanlara izah etməyə çalışarkən belə, çətinlik çəkirik, dəhşətli qırğındır”.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bunu Xocalı faciəsinin 31-ci ildönümü münasibətilə Nyu-York şəhərində Kolumbiya Universitetində keçirilən “ErmənistanAzərbaycan sülh və müharibə yolu ilə” adlı tədbirdə ABŞ tarixçisi, professor Maykl Günter deyib.

Faciə qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə çıxış edən Maykl Günter Xocalı qətliamının ABŞ-da o qədər də yaxşı tanınmadığını bildirib. “ABŞ-da çox az adam 600-dən çox günahsız vətəndaşın qətlə yetirildiyi Xocalı hadisəsi barədə eşidib. Bunu insanlara izah etməyə çalışarkən belə, çətinlik çəkirik, dəhşətli qırğındır”, - o deyib.

O, SSRİ-nin sonlarında AzərbaycanErmənistan arasında yaranmış münaqişələrin çox az tanındığını və başa düşüldüyünü vurğulayıb. “İki ölkə arasındakı bu problemi daha obyektiv bilməliyik, çünki bu, həqiqətən də təkcə onların dünyadakı bənzərləri üçün deyil, həm də keçmiş Sovet İttifaqından sonra yaranmış, bugünkü Ukraynadakı vəziyyəti anlamaq üçün bir toxumdur”, - ABŞ tarixçisi vurğulayıb.

Şimali Karolina Universitetinin müəllimi Əli Əsgərov çıxışında Xocalı qətliamının Azərbaycan tarixində yeri və onun xalq üçün nə demək olduğunu diqqətə çatdırıb.

Tədbirdə Türkiyənin Nyu-Yorkdakı baş konsulu Reyhan Özgür, Azərbaycanın BMT-dəki daimi nümayəndəliyinin diplomatları, tələbələr, türk və Azərbaycan icmasının nümayəndələri də iştirak ediblər.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Qarabağ” rəqibini darmadağın edərək Çempionlar Liqasının “play-off” mərhələsinə yüksəlib

5 ölkədən İrana xəbərdarlıq: “Hücum etsə, qarşısında bizi görəcək”

Paytaxtın bu ərazilərində suyun verilmə rejimində dəyişiklik ediləcək

"Fənərbağça" UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb

Eminin anası əkizlərdən danışdı - "Heç gözləməzdim ki..."

Kurskda rus ordusunun “yağlı fiqurları” əsir götürüldü

Zəngilan və Qubadlıdan olan seçicilərdən müraciət: “Biz öz səsimizi, öz deputatımızı qorumağa hazırıq!..”

Blinken İranın cavab tədbirlərinə görə Yaxın Şərqə səfərini təxirə salıb

Akademik Rafael Hüseynov Hacıqabul şəhərində seçicilərlə görüşüb - Fotolar 

Rusiyaya böyük zərbə: Putin Nikolayın səhvini təkrarladı

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay