Çərşənbə, 31 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ "Taliban"la nədə anlaşa bilmir? - Doha danışıqları...

"Taliban" rəsmiləri və yüksək səviyyəli ABŞ diplomatları həftə sonu Dohada danışıqlar aparıb. Bu, Amerika qoşunlarının bu ilin avqustunda tələsik Əfqanıstanı tərk etməsindən sonra ABŞ və "Taliban" arasında ilk rəsmi görüş idi.

Əvvəldən amerikalıların və taliblərin qarşıdakı görüşü haqqında məlumat var idi, lakin açıq aydın idi ki, müşahidəçilərin sevdiyi "irəliləyişi" gözləmək lazım deyildi. Amerikalılar üçün Kabildən qaçış çox ağrılı idi; "Taliban"ın Əfqanıstanda hakimiyyətə gəlməsi isə çox sürətli idi.

Amerika nümayəndə heyəti Dohaya yüksək əhval-ruhiyyədə gəlib

Buna görə də, döyüş meydanlarında fiasko yaşayan Ağ Ev, indi diplomatiya vasitəsi ilə qisas almağa çalışacaq. Sonda kimsə Amerikaya və "yatan" Co Baydenə şillə vurduğuna görə cavab verməlidir, niyə də bu "Taliban" olmasın? Üstəlik, indi taliblər indi son dərəcə çətin vəziyyətdədilər: ölkədə maaş verməyə pul yoxdur, humanitar fəlakət təhdidi artır.

Digər tərəfdən, "İŞİD-Xorasan" və terrorçu "Qara İnternasional" "Taliban"a müharibə elan edib və dünyəvi, amma eyni dərəcədə döyüşkən olan müxalifət cəmləşib və "sürgündəki hökumət" qurub. Bu hökümət hesab edir ki, onun cəhdləri nəticəsində "Taliban" üç-dörd ay belə hakimiyyəti saxlaya bilməyəcək.

Bir sözlə, Amerika nümayəndə heyəti Dohaya yüksək əhval-ruhiyyədə gəlib və düşünürdü ki, "əgər Taliban bizim tələblərimizə razılışmasa, o zaman sadəcə o xoşbəxt anı gözləmək lazımdır ki, onların axırıncı toyuqu öləcək və onlar diz çökdürəcək".

Məhz buna görə də, Amerika tərəfinin "Taliban"la təmasların bərpası ilə bağlı rəsmi açıqlamaları qətiyyətlə sərt xarakter daşıyırdı: “Taliban hökumətinin Əfqanıstanın qanuni hakimiyyəti olaraq rəsmi olaraq tanınmasından söhbət gedə bilməz. Danışıqlar ABŞ -ın milli maraqlarına toxunan məsələlər üzrə praqmatik dialoqdur".

Və artıq Dohanın özündə bu maraqların nədən ibarət olduğu səslənib. Birincisi, Amerika rəhbərliyi ilə əməkdaşlıq edən əfqanların, eləcə də orada qalmış Amerika Birləşmiş Ştatları və digər dövlətlərin vətəndaşlarının təhlükəsiz gedişinin təşkili. İkincisi, ölkədə yaşayan bütün millətlərin nümayəndələrindən ibarət inklüziv hökumətinin qurulması. Üçüncüsü, "Taliban" tərəfindən qadınların, dini və digər azlıqların hüquqlarına hörmət edəcəklərinə zəmanətin verilməsi. Və dördüncüsü - bu barədə daha sonra ...

Onlara sadəcə olaraq Əfqanıstan Mərkəzi Bankının aktivlərini qaytarmaq kifayətdir

Ən maraqlısı odur ki, Taliban prinsipcə ilk üç məsələni müzakirə etməyə və bunlara bağlı müsbət qərarlar verməyə əleyhinə deyil. Təbii ki, qısa müddət ərzində yox - bütün müsbət və mənfi cəhətlərini, faydalarını qiymətləndirmək lazımdır - ancaq burada dialoq mümkündür, onları bir daha qaralamaqa ehtiyac yoxdur, taliblər beynəlxalq tanınma naminə çox şeyə hazırdırlar.

Ancaq sonra amerikalıların dördüncü tələbi ortaya çıxıb : ABŞ-a, onların fikrincə terrorçuların məskünlaşdığı Əfqanıstanın bölgələrinə "üfüqdən zərbələr" (Hərbi Hava Qüvvələri və PUA-ların köməyi ilə) endirməyə icazə verilməlidir. Təbii ki, "Taliban" buna gedə bilməz. Və başa düşülən səbəblərə görə - bu halda əvvəlki kukla hökumətindən heç fərqlənməyəcəklər. Və tamamilə praqmatik mülahizələrə görə, bu addım "qara beynəlxalq" terrorçuları birləşdirəcək və nəticədə Əfqanıstanda və onun hüdudlarından kənarda "Taliban" əleyhinə cəbhənin yaradılmasına səbəb olacaq.

Və bu cəbhə artıq formalaşmaqdadır. Ötən cümə günü Kabilin həzaralar millətinin sıx yaşadığı rayonda yenidən məscid partlayıb və 46 şiə müsəlmanı həlak olub. Maraqlıdır ki, özünü partladan terrorçu "Şərqi Türküstan İslam Hərəkatından" olan uyğur yaraqlısı idi, təşkilatçı isə - "İslam Dövləti-Xorasan"ın qolu.

"Taliban"ın sözçüsü Suheil Şahin, deyib ki "İŞİD ilə təkbaşına mübarizə edə bilərik". Və bu olduqca məntiqli bir mövqedir - "Taliban" burada xarici dəstəyə ehtiyac duymur. Sadəcə olaraq, amerikalılar tərəfindən dondurulmuş Əfqanıstan Mərkəzi Bankının aktivlərini onlara qaytarmaq kifayətdir, qalanlarının öhdəsindən təkbaşına gələ biləcəklər. Bu da nəinki öz maraqlarına, həm də bütün dünyanın maraqlarına uyğundur.

Müəllif: İkram Nur (virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Sevincimdən bir gün ağlamışam” - Xalq artisti

Laçında hərbçilərin həlak olduğu yerə baxış keçirilib, araşdırma aparılır - Yenilənib

Növbəti köç karvanı Laçın şəhərinə çatıb, açarlar təqdim edilib - Yenilənib

Ramiz Mehdiyevin oğlunun şirkəti 12 milyondan çox gəlir əldə edib – Rəsmi

Haniyə ilə vida İranda, dəfn mərasimi isə Qətərdə olacaq - Yenilənib

“WhatsApp”dan yeni funksiya: istifadəçilərin həyatını asanlaşdıracaq

Politoloq: Rusiya üçün insan itkiləri faktoru məsələsi önəmli deyil...

Ruslar Krımı tərk etməyə başlatyıb: Ekspert qaçışın səbəblərini açıqlayıb...

Məhkəmə İlkin Süleymanovla bağlı qərar verib

Ən çox oxunanalar