Cümə axşamı, 05 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ senatorları BCM prokurorlarına təzyiqlər edir...

ABŞ Konqresi Netanyahu və onun həmkarlarına qarşı ICC orderlərinin mümkün verilməsindən narahatdır...

Bir qrup Pespublikaçı və Demokrat senator Beynəlxalq Cinayəy Məhkəməsi (ICC) nümayəndələri ilə İsrail liderlərinin həbsinə orderlərin mümkünlüyü barədə danışıblar.

Poliqon xəbər verir ki, bu barədə “Axios” portalının məlumatında bildiriir.

Axios yazır ki, ABŞ Senatının həm respublikaçıları, həm də demokratları təmsil edən bir qrup üzvü, çərşənbə günü, mayın 1-də Haaqa Beynəlxalq Cinayət Məhkəməsinin yüksək vəzifəli rəsmiləri ilə İsrail liderləri üçün mümkün həbs orderləri ilə bağlı narahatlıqlarını ifadə etmək üçün onlayn görüş keçiriblər.

Nəşr senatorlarla ICC-nin yüksək rütbəli məmurları arasında görüşdən xəbərdar olan üç mənbəyə istinad edir. Onlar görüşün məxfi olduğunu deyərək senatorların və ya ICC rəsmilərinin kimliyini açıqlamayıblar.

Qeyd edək ki, son iki həftədə İsrail rəsmiləri BCM-nin baş nazir Benyamin Netanyahu, müdafiə naziri Yoav Gallant və İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevi üçün həbs orderləri verməyə hazırlaşmasından getdikcə daha çox narahat olublar. Eyni narahatlıq Vaşinqtonda da hiss olunmaqdadır.

Son bir neçə həftə ərzində İsrail ABŞ-a Fələstin Administrasiyasının rəsmilərinin İsrail liderlərinin həbsinə order verməsi üçün Beynəlxalq Cinayət Məhkəməsinin prokuroruna təzyiq etdiyini göstərən məlumatlara malik olduğunu bildirib. Respublikaçı deputatlar İsrail liderlərinin həbsinə order verəcəyi təqdirdə BCM-yə qarşı qanun qəbul edəcəkləri ilə hədələyiblər.

İsrail rəsmiləri bildiriblər ki, mümkün həbs orderləri ilə bağlı “son dərəcə əsəbi” olan Netanyahu son günlər bir neçə Respublikaçı və Demokrat senatorla danışıb və onlardan BCM prokuroruna orderləri verməməsi üçün təzyiq etməyi xahiş edib.

Bir müddət əvvəl Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (UNDP) Ərəb Dövlətləri üzrə regional bürosunun rəhbəri Abdulla əd-Dərdari bildirib ki, Qəzza zolağında Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi ilə bağlı dağıntılar İkinci Dünya Müharibəsi ilə zərərin intensivliyi miqyasında müqayisə oluna bilər.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İsmayıllıda vəzifəli şəxslərə qarşı əməliyyat

9 saylı dairədə nəticələr ləğv edilə, Kəmaləddin Qafarov mandatsız qala bilər

Ermənistanın yeni “Zəngəzur dəhlizi” təklifi... - Bakı bu təklifi qəbul edə bilərmi?

20-yə yaxın məmur onunla əlbir olub pulları mənimsəyib - Adlar

Əməliyyat zamanı saxlanılan şəxs polkovnik imiş

Tehranın israrla “Zəngəzur dəhlizi”nə qarşı olmasının əsas səbəbləri nədir?

Politoloq: Türkiyə və İran arasında qapalı qarşıdurma pik həddinə çatır...

Lamiyə Vəliyevanın atası: "Qızımla nə qədər qürur duysam, azdır"

Paris Paralimpiadasının azərbaycanlı medalçılarına nə qədər mükafat veriləcək?

ABŞ-də məktəbdə atışmada ölənlərin sayı 4-ə yüksəlib, 30 nəfər yaralanıb - Yenilənib

Bu 3 bürcü gözlənilməz səfərlər gözləyir – Çantaları hazırlayın

Ən çox oxunanalar