Bazar ertəsi, 22 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ kəşfiyyatı: Kremlə pilotsuz təyyarələr Rusiya ərazisindən buraxılıb...

Hücumu Rusiya ərazisində fəaliyyət göstərən Ukraynaya bağlı təxribat qruu həyata keçirib, Kiyev isə onları PUA-larla təmin edib...

Poliqon xəbər verir ki, bu barədə CNN telekanalı Amerika kəşfiyyatındakı mənbələrə istinadən məlumat yayıb.

Telekanalın mənbəsi hesab edir ki, Ukrayna Rusiya daxilində həm ukraynayönlü fəallardan, həm də bu cür əməliyyatlarda yaxşı təlim keçmiş əməliyyatçılardan ibarət təxribat şəbəkləri yaradıb.

Kiyev bu qruplaşmalara Ukrayna istehsalı olan dronları verir. İki ABŞ rəsmisi CNN-ə bildirib ki, Vaşinqton tərəfindən Ukraynaya verilən pilotsuz təyyarələrdən istifadə edildiyinə dair heç bir sübut yoxdur.

Mənbələr CNN-ə bildirib ki, Ukrayna Rusiyaya dron və ya dron komponentləri göndərmək üçün yaxşı dizayn edilmiş marşrutlardan istifadə edir.

Avropalı kəşfiyyatçı isə qeyd edib ki, Rusiya-Ukrayna sərhədi çox uzundur və nəzarət etmək çox çətindir, bu da PUA-ların daşınmasını asanlaşdırır.

“Siz həm də nəzərə almalısınız ki, söhbət Rusiyanın dərinliklıərinə hücumdam gedir. Burada sağ qalmaq hər kəs üçün problemdir, buna baxmayaarq, pul möcüzələr yaradır” deyə kanalın mənbəsi əlavə edib.

Rusiyadakı bu təxribat hücrələrinə kimin nəzarət etdiyi dəqiq məlum deyil, lakin ABŞ rəsmiləri bununla Ukrayna kəşfiyyatının məşğul olduğuna inanırlar. Ukraynanın təhlükəsizlik xidmətinin rəhbəri CNN-ə deyib ki, Kiyev yalnız Ukraynanın qələbəsindən sonra Rusiyada baş verən “atəşfəşanlıqları” şərh edəcək.

Son həftələr ABŞ rəsmiləri Rusiya ərazisinin dərinliklərindəki hədəflərə hücumların kəskin artdığını müşahidə ediblər. Kəşfiyyata yaxın olan mənbənin CNN-ə verdiyi məlumata görə, ABŞ bunu ukraynalıların bu cür təxribat aktları üçün partizan şəbəkələri yaratmaq üçün aylarla çəkən səylərin nəticəsi kimi qiymətləndirib.

Xatırlaadq ki, mayın 3-nə keçən gecə Kreml pilotsuz təyyarələrin hücumuna məruz qalıb. İki pilotsuz təyyarə Vladimir Putinin ofisinin yerləşdiyi Senat Sarayının yaxınlığında təxminən 15 dəqiqəlik zaman fərqi ilə partlayıb. Rusiya prezidentinin mətbuat xidməti bunu Putinin həyatına qəsd kimi qiymətləndirib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əməkdar artistin toy paltarı gündəm oldu - Foto

Fransalı ekstremalın sehrli xalça kostyumunda uçuşu gündəm oldu - Video

Səttar Möhbalıyev istefa verir - AHİK-in yeni sədri kim olacaq?

ABŞ və Böyük Britaniya Yəmənə zərbələr endirib

Ərdoğan nazir və deputatlarla basketbol oynadı - Foto

Politoloq: Kamala Harris Bayden qədər asan rəqib deyil...

YAP-ın deputatlığa namizədlər siyahısında dəyişiklik edilib

Prezident İlham Əliyev Milli Mətbuat Günü münasibətilə paylaşım edib

Şuşada "Böyük Qayıdış: Qarabağ" filminin nümayişi baş tutub

Naftalanda bir qrup şəxs sərxoş vəziyyətdə ictimai qaydanı pozub

Ən çox oxunanalar