Çərşənbə, 24 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

50 mindən artıq şagirddən biri də tam bal yığa bilmədi... - Təhsilimiz haraya gedir?

Hər il Ali məktəblərə giriş balının aşağı düşməsinəyin göstəricisi olur? Daha çox diplomlu insanın, yoxsa savad səviyyəsinin aşağı olmasının?..

Təhsil eksperti: “Etiraf edək ki, 5-12 mart tarixində keçirilən imtahanlarda Azərbaycan dili və riyaziyyatdan təqdim edilən test tapşırıqlarının bizim abituriyentlərə çox vaxt itkisinə gətirib çıxardı”

“Heç bir test tapşırığı orta məktəb dərsliyindən və dövlət tərəfindən təsdiqlənən proqramdan kənar deyil. Sadəcə olaraq çox təəssüflər olsun ki, son 3 il ərzində Azərbaycanda orta məktəblərdə, təhsil sistemlərində təhsilin keyfiyyəti çox aşağı səviyyədədir”.

Bu sözləri təhsil-eksperti Kamran Məmmədli orta məktəblərin buraxılış imtahanları ilə bağlı yaranan narazılığı Poliqon-a şərh edərkən qeyd edib.

Bu il orta məktəblərin buraxılış imtahanları ilə bağlı çoxsaylı şikayətlər olub. Hətta valideynlər etiraz aksiyası da keçirdilər. Bir çox valideyn və şagirdlər şikayətlənir ki, bəzi suallar məktəb proqramına aid deyildi. İddialara görə, məqsəd şagirdlərin çox bal toplamasına imkan verməmək olub.

Digər tərəfdən 50 mindən artıq şagird imtahan versə də, cəmi bir nəfər 297 bal toplayıb. Bu durumda Ali məktəblərə giriş balı da aşağı düşəcək. Hər il Ali məktəblərə giriş balının aşağı düşməsi ilə bağlı nə deymək olar? Bu ümumiyyətlə, nəyin göstəricisi olur? Daha çox diplomlu insanın, yoxsa savad səviyyəsinin aşağı olmasının?

Orta məktəblərdəki təhsilin keyfiyyətini Poliqon-un əməkdaşı təhsil-eksperti Kamran Məmmədli ilə müzakirə edib.

Kamran Məmmədli: “Test tapşırıqlarının hər biri orta məktəb proqramına, dövlət tərəfindən təsdiq edilən standartlara uyğundur”.

50 min şagird arasında heç kəsin bütün suallara cavab verə bilməməsinin yaxşı hal olmadığını vurğulayan ekspert bildirib ki, dövlət tərəfindən təhsilə kifayət qədər böyük büdcə ayrılır. Amma bunun müqabilində məktəblərin işi ancaq şəkil çəkdirməkdən ibarətdir:

“İlk növbədə qeyd edim ki, 5 və 12 mart tarixində keçirilən buraxılış imtahanları kifayət qədər böyük əhəmiyyət kəsb edir. Belə ki, bu imtahan nəticələri ilə imtahan iştirakçıları 5-ci qruplar üzrə Ali məktəblərə qəbul olacaqlar. Eyni zamanda May ayında keçiriləcək 1, 2, 3 və 4-cü ixtisas qruplar üzrə məhz bu imtahanın nəticələri gələcək. Həmçinin 9-cu sinif bazasından kolleclərə qəbul olmaq istəyənlər məhz bu imtahanın nəticələrindən istifadə edəcəklər.

Etiraf edək ki, 5-12 mart tarixində keçirilən imtahanlarda Azərbaycan dili və riyaziyyatdan təqdim edilən test tapşırıqlarının bizim abituriyentlərə çox vaxt itkisinə gətirib çıxardı. Ümumiyyətlə, qeyd edim ki, test tapşırıqlarının hər biri orta məktəb proqramına, dövlət tərəfindən təsdiq edilən standartlara uyğundur. Yəni heç bir test tapşırığı orta məktəb dərsliyindən və dövlət tərəfindən təsdiqlənən proqramdan kənar deyil.

Sadəcə olaraq çox təəssüflər olsun ki, son 3 il ərzində Azərbaycanda orta məktəblərdə, təhsil sistemlərində təhsilin keyfiyyəti çox aşağı səviyyədədir. Yəni məktəblərin idarə olunması keyfiyyətin yoxlanılması, ölçü ilə bağlı biz ciddi problemləri görürük. Məhz bunun nəticəsidir ki, son illər imtahan nəticələri kəskin şəkildə aşağı düşməyə başlayıb. Bu da xoşagələn hal deyil. Bunun aradan qaldırılması üçün biz mütləq şəkildə orta məktəblərdə tədrisin keyfiyyətinin artırılmasına diqqət etməliyik. Bu məsələnin birinci tərəfidir.

Kamran Məmmədli: “Bizim cəmiyyətin ali təhsilli insanlara çox böyük ehtiyacı var”.

İkinci tərəfi olaraq məktəblərdə mütəmadi olaraq monitorinqlər aparılmalıdır ki, imtahan iştirakçıları növbəti ildə nəticələrini yaxşılaşdıra bilsinlər. Təbii ki, 50 min şagird arasında heç kəsin bütün suallara cavab verə bilməməsi yaxşı hal deyil. Çünki dövlət tərəfindən təhsilə kifayət qədər böyük büdcə ayrılır. Amma bunun müqabilində məktəblərin işi ancaq şəkil çəkdirməkdən ibarətdir. Sonda Elm və Təhsil Nazirliyi nəticələrin yüksəldilməsi ilə bağlı yalançı informasiyalar verəcək.

Bu da onu göstərir ki, orta məktəblərdə biz keyfiyyətli təhsildən birmənalı şəkildə danışa bilmərik. Biz Ali təhsil müəssisələrinə qəbul olan tələbələrin daha az balla qəbul olunduğu müşahidə edəcəyik. Digər tərəfdən Ali məktəblərə aşağı balla qəbul olunanların bu, ümumi psixoloji vəziyyətinə öz təsirini göstərir. Çünki şagirdlər elə hesab edir ki, mütləq şəkildə Ali məktəblərə aşağı balla qəbul olmaq mümkündür və onlar yaxşı hazırlaşırmırlar. Yəni bu gün atılan addımlar ümumi işin zərərinədir.

Bu gün tədrisin keyfiyyətinin aşağı düşməsi yekunda insanların təhsilə inamını və etibarını da aşağı salır. Azərbaycanda ali təhsilli insanların sayı çox deyil. Vətəndaşlardan yalnız 17 faizi ali təhsillidir. Bizim cəmiyyətin ali təhsilli insanlara çox böyük ehtiyacı var. Amma bizim orta məktəblərimiz bu gün gəncləri yetərli qədər hazırlayıb əmək bazarına daxil edə bilmir. Biz bu istiqamətdə problemləri birmənalı şəkildə görürük. Orta ümumtəhsil məktəblərdə təhsilin aşağı səviyyədə olması yekunda imtahan nəticələrində də özünü açıq şəkildə büruzə verir. Son 3 il ərzində orta məktəblərdə təhsilin keyfiyyətinin aşağı düşməsi, eyni zamanda orta məktəblərdə müvafiq kruklum standartlarının tədrisdə keyfiyyətə gətirməməsi yekunda nəticələrin aşağı düşməsinə gətirib çıxarır”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda övladını girov götürən və polisin zərərsizləşdirdiyi şəxslə bağlı yeni detallar - Təfərrüat, Video

Ağadadaş Ağayevin atdığı balta qadını yaraladı - Təfərrüat

Baba Vəziroğlu Ağadadaş Ağayevdən danışdı: "Vəziyyət o həddə çatıb ki..."

Xırdalanda qadının əri tərəfindən pəncərədən atılması ilə bağlı təfərrüat - Yenilənib

Ağadadaş Ağayevlə bağlı məsələdə yenidən gündəmə gələn "MedEra Hospitalı" kimindir?

Ağadadaş Ağayev balta atdığı şəxsdən polisə şikayət etdi

Bakıda dəhşət: Ata bir azyaşlı uşağını öldürüb, digərini yaralayıb, sonra isə intihar edib

Abşeronda iki qardaşın ölməsi ilə bağlı cinayət işi açılıb - Yenilənib

Milli Məclis Aparatının sabiq rəhbəri Səfa Mirzəyev II Fəxri xiyabanda dəfn olunub

Trampın seçilməsi niyə Azərbaycanın maraqlarına xidmət edir?

Ən çox oxunanalar