Cümə axşamı, 15 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

2023-cü ilə doğru Türkiyənin siyasi-iqtisadi mənzərəsi və 100 il əvvəl...

Dövlət və millətin bir bütün şəklində olmasının yolu nədir?...

Süleyman Seyfi Öğün
“Yeni Şafak” qəzeti, Türkiyə, 26 İyul 2021-ci il

Deyilənə görə, İsmət Paşanın Lozanna müqaviləsini imzaladıqdan sonra yanındakılara “bir əsr qazandıq” deyib. Bu, düzgün bir təsbitdir. Necə olursa olsun, “ən az qəza və çətinliklə” və vacib qazanclarla o dövr geridə qaldı. Türkiyə artıq əvvəlki Türkiyə deyil. Bu, sadəcə bir tərif deyil, həm də maddi təməli olan bir təsbitdir. Bəli, Türkiyənin götürdüyü risklər hələ də davam edir. Lakin Türkiyə demoqrafik, ictimai-siyasi və ya iqtisadi baxımdan “xəstə günündə” deyil.

Ancaq bir yandan da, indi bu “qazanılmış” zamanın sonuna gəlirik. Siyasi ritorikada “2023-cü il baxışı” tez-tez ifadə edilir. Əlbəttə ki, dünya da əvvəlki deyil. Biz indi çox fərqli bir dünyada yaşayırıq. Türkiyə təcrübələri ilə hesablaşaraq öz baxışını yeniləməlidir.

“2023-cü il baxışı” bir və ya bir neçə siyasi partiyanın birləşərək özbaşınalıq edə biləcəyi bir missiya deyil. Bunun bütün sosial elementlərin qayğısına qalan, gündəlik və dövri siyasi gərginliklərdən azad olan hərtərəfli bir “türk zəkası” tərəfindən yaradılması son dərəcə zəruridir. Şübhəsiz ki, bunun bir sütunu “təhlükəsizlik”lə bağlıdır. Ancaq təhlükəsizlik təkbaşına bir şey ifadə etmir. Təhlükəsizlik məsələsinin “azadlıq” və “hüquqlar” məsələsi ilə birlikdə nəzərə almalıyıq. Bu mövzulara kor-koranə yanaşanlar da az deyil. Bəziləri “təhlükəsizlik” məsələsini “azadlıq” və “hüquqlar” mövzularından ayrı, hətta təhdid kimi görürlər. Digərləri təhlükəsizlik mövzusunda zərrə qədər narahatlıq hiss etmədən azadlığı və hüquqları şişirtməyə davam edirlər. Əgər 2023-cü il baxışı olacaqsa, o zaman sadəlik və bəsitlikdən uzaq bir mühəndisliyə ehtiyac var. Təcrübədə bu, dövləti günahlandırmaqla milləti günahlandırmaq arasında ilişib qalan bir dairədir.

Məsələlərə münasibət baxışı ilə yanaşmaq daha doğru ola bilər. Türkiyə 1923-cü ildə qurulan bir “dövlət-millət” kimi təcəssüm etdi. Çox vaxt bunu parçalı və eklektik kimi düşünürük. Yəni “millət dövlət oldu” və ya əksinə “dövlət millət oldu” deməklə işin içindən çıxırıq. Bu ifadələrin mənası millətin dövlət sahibi kimi institutlaşması ya da əksinə, “dövlətin milliləşdirilməsi”, yəni suverenliyi miras alaraq millətin sosiallaşması deməkdir. Türkiyədə qaranlıq qalan məsələ bu münasibətlərin tam olaraq nə dərəcədə sərhəd və ölçülərdə olduğudur. Məsələ dövlətin və millətin iki blok kimi birləşdirilməsi deyil. Dövlətin və milləti birləşdirmək dəqiq hesablanmış bir iş olmalıdır. Təəssüf ki, bu bacarıq da Türkiyədə inkişaf etdirilməyib.

Bəs o zaman nə olacaq?

Dövlət-millət münasibətləri geniş yayılmış spekulyasiyaların predmeti kimi işləyirdi. Kimisi dövləti, kimisi də milləti ucaldaraq davamlı olaraq toqquşduruurdu. Zananla birincisi, iqtidar, digəri isə müxalifət praktikası kimi kəskinləşdi. Müxalifət hüquq və azadlıq çağırışları ilə “millətin bağrından” çıxdı və hakimiyyətə gəldikləri zaman xaricə qarşı mühafizəkar, daxilə qarşı isə “tənzimləyici” bir mövqe tutaraq əsl dövlətçi oldu.

Unudulmamalıdır ki, pis dairəni bəsləyən daha dərin bir iqtisadi dairə var. Bir sözlə, buna əvvəlcə torpağın, sonra da xidmət sektorunun mərkəzdə olduğu kirayə iqtisadiyyatı deyə bilərik. Fikrimcə, dövlət-millət münasibətlərinin təhrif olunmasının əsas səbəbi budur. Müasir dünyada millət “davamlı” və “artan” miqyasda dəyər istehsal edən bir varlıq kimi məna qazanır. Bu dəyərlərin maliyyə kanalları vasitəsilə ictimai və institusional sahələrə ötürülməsində hər şey daha da konkretləşir. Dəyər istehsal edən millət “vergi” adlanan bir mənbəyə nə qədər və hansı prioritetlərdən istifadənin vacibliyi üzərindən nəzarət edəcək? Bu, millət-dövlət münasibətlərinin necə olacağını mahiyyətcə müəyyən edən bir məsələdir. Respublikanı və demokratiyanı mənalı təcrübələr kimi yetkinləşdirən də məhz budur.

Türkiyədə sözdə ziddiyyət təşkil etsə də, dövlət və millət fetişizmi burada meydana gəlir. Zənginlik istehsal edilsə də, dəyər istehsal edilmir. Beləcə, dövlət birbaşa özü “varlıq” istehsal edir. Milli sahibkarlıq isə dövlətlə nizamsız və ya uyğun münasibətlər yolu ilə talançılığa çevrilməklə formalaşır. Bürokratiyalar və sahibkarlar arasındakı qeyri-rəsmi paylar əsasında aktivlər böyüyür və sərvət yaradılır. Lakin bunlar “dəyərli” işlər deyil. Demokratiya da buna giriş imkanı verir. Proseslər artıq yerlibazlıq əsasında “klançılıq” kimi fəaliyyət göstərir. Dəyər yaratmadan aktivlərin artması mövcud dəyərləri də zəiflədir. Mədəniyyət, şəxsiyyət, inanc fetişizmi də bunun bir nəticəsidir. Sual sadədir: vergidən yayınmanın geniş yayıldığı, adi bir hala çevrildiyi və tez-tez əfv edildiyi yerdə hansı mənəvi dəyər ola bilər? Vergidən yayınan bir cəmiyyətdən millət çıxa bilərmi? Dövlət və millətin bir bütün şəklində olmasının yolu nədir?

2023-cü il baxışı əgər baş tutacaqsa, o zaman heç kim özünü kənara çəkmədən ciddi bir hesablaşmaya girməli olacaq. Cari hesablaşmalardan savayı, fərqli bir hesab da olmalıdır. Əgər Türkiyə bunu edə bilsə, şübhəsiz ki, bir əsr daha qazana biləcək.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata malı kimi talanan İttifaq, satılan "Məhsul" stadionu, ailə biznesi... - Möhbalıyevin "sərgüzəştləri"

Cəlilabadda su quyusuna düşən ata ilə qızının meyiti çıxarılıb - Yenilənib

Seçicilər Ülvi Quliyevlə görüşmək istəmirlər, çünki… 

Prezident Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edib - Yenilənib

Fəzail İbrahimli Göytəpədə seçicilərlə görüşüb - Fotolar 

Rafael Hüseynov Rəncbərdə seçicilərlə görüşüb - Fotolar 

Dövlət Agentliyi: Bakıda suyun bütün evlərə gəlib çatmasında problemlər var

Ərdoğan məmurlara çağırış edib: Yorulmusunuzsa, istefa verin

"Azinko Holdinq", "Jumeirah Bilgah Beach Hotel”... - Millətə vəkillik etməyən deputatın biznes "bacarığı"...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay