Cümə, 19 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

17 ölkə, 27 əyalət, 2 beynəlxalq təşkilat

Xocalı soyqırımının 29 ili tamam olur.

1992-ci il fevralın 26-da erməni silahlı qüvvələri Azərbaycanın Xocalı şəhərini işğal edərək 613 dinc sakini qətlə yetirib.

PİA.az bildirir ki, 17 ölkənin (Bosniya və Herseqovina, Cibuti, Çexiya, Əfqanıstan, Honduras, İndoneziya, İordaniya, Kolumbiya, Qvatemala, Meksika, Pakistan, Panama, Paraqvay, Peru, Sloveniya, Şotlandiya, Sudan) qanunverici orqanı Xocalı qırğınını soyqırımı kimi tanıyan sənədlər qəbul edib.

ABŞ-ın 26 ştatının müxtəlif instansiyalarında, Pakistanın 1 əyalətinin qanunverici orqanında da analoji sənədlər rəsmiləşib.

İslam Əməkdaşlıq Təşkilatı və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası da Xocalı qırğınını soyqırımı kimi tanıyır.

Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və onun ətrafındakı bölgələri işğal edib.

2020-ci il sentyabrın 27-dən Azərbaycan Ordusunun keçirdiyi əməliyyatlarda Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərləri, bu rayonların, eləcə də Xocavənd, Xocalı, Laçın rayonlarının və keçmiş Ağdərə rayonunun bir çox ərazisi azad olunub.

Noyabrın 10-da hərbi əməliyyatlar dayandırılıb, Dağlıq Qarabağa və bölgədən Ermənistana gedən Laçın yoluna Rusiyanın hərbi kontingenti yeridilib.

Ermənistan dekabrın 1-dək Ağdam, KəlbəcərLaçın rayonlarını Azərbaycana qaytarıb.

Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun böyük hissəsi ermənilərin, Laçın şəhəri və rayonun bir neçə kəndi Rusiya hərbçilərinin nəzarətində qalıb. (Novator.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qorxmaz Hüseynovun icra başçısı olan qudası vəzifəsindən azad edilir

İlham Əliyev Oksfordda Almaniya kansleri ilə görüşüb - Yenilənib

Kür çayında meyiti tapılan şəxs itkin olaraq axtarışda olub - Yenilənib

Maştağada Birinci Qarabağ müharibəsinin şəhidi Aydın Qurbanov dəfn edilib

Çempionlar Liqası: "Qarabağ" - "Linkoln" matçının biletləri sabahdan satışa çıxarılacaq

Ramin Əhmədov da seçkiyə qatılır - İş adamı Nizami rayonundan namizədliyini irəli sürəcək

İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində “Enerji və bağlantı” mövzusunda dəyirmi masada çıxış edib - Yenilənib

Türkiyə Futbol Federasiyasının prezidenti dəyişib

Azərbaycanda gələn aydan internet tarifləri dəyişdiriləcək

Ən çox oxunanalar