Çərşənbə axşamı, 06 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Şükür, yenə bu nəfəsdə yoruldum..."- Paşa Talıblıdan yeni şeirlər

Dərd ortağı...

...gedək, ayağımız gedir hələki -
süvari yerişi edənlər kimi.
Bir də qoltuğunda kəsik başları -
tövbə qapısına gedənlər kimi.

...gülöyşə vaxtına gedib çatmasaq,
onda nar bağından nə bəs dərərik?
...gedək, ayağımız gedir hələki!
Cəllad kötüyündə nəfəs dərərik...

Namərdəm, mən gülə ağır söz desəm!
Dörd yoldu: bir..iki...dörddən başlayaq?
Eh...yol da köhnəlir, yolun dərdi də!
Köhnə köhnədisə, dərddən başlayaq...


Gecə məşqi...

Eyni mənzərədi- dərddən baxanda
baxırsan eynidi dərdi çəkən də!
...bütün sevinclərin hamısı ayrı,
dərdlərin hamısı birdi- çəkəndə.

...baxmır qaranlıqdı göyün üzündə,
baxmır qaranlıqdı küçələr - gəlir!
...mənim ürəyimin yerini bilir,
dərd mənim üstümə gecələr gəlir.

...dünyanın gözündə dərdim gülməli,
dünya öz dərdiylə gülür üstümə!
...gecələr daş olur dərdlərim, Allah!
Ağır dərd daşları gəlir üstümə...

Dərdnən qolboyunam, dərdi sevirəm!
Mənim ürəyimdə dərdin eşqidi...
Dərd mənnən oynayır bütün gecəni,
həyatım dərdlərin gecə məşqidi...


Başqa bir mən...

...necə anlamağım gərək;
dibində yoxsa dərində?
...başqa bir mən, sən də mənəm -
amma hərə öz yerində!

...o kimiydi, dedi, getdi?!-
bir gün güldün, bir gün ağla!
...bir günahla xatırlandıq,
unudulduq bir günahla.

Mənim günah şərikimsən,
bu cütlüyə yenə yalvar!
...bir günahla da çataram,
bircə addım sənə yol var!

...səfa gördün, cəfa çəkdin?
Bəlkə mən yox, sən haqlısan!..
Ey başqa mən, başqası tək -
məndən daha maraqlısan!


Ayaq üstdə yoruldum...

...dünya dardı qəfəs kimi, İlahi,
dünya adlı bu qəfəsdə yoruldum!
...şükür, yenə bu aldığım nəfəsə,
şükür, yenə bu nəfəsdə yoruldum!

Bu dünyadı, min dayaz var, yüz dərin!
...çalxalandı, keç dəryanı, üz dərin!
...yordu məni bir gözəlin gözləri,
gəlib-gəlib axır gözdə yoruldum!

Fərqi yoxdu, ya qar, ayaz...dincəlim!
...ya bir payız, ya da bir yaz dincəlim.
...aç qəbrimi, girim bir az dincəlim,
inan, Tanrım, ayaq üstdə yoruldum!


Paşa Talıblı
Azərbaycan Yazıçılar Birliyinin üzvü

Poliqon.info 


Etiket: Paşa Talıblı


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Laçın rayonu ərazisində kütləvi sayda piyada əleyhinə mina aşkar edilib - Foto, Video

Ülvi Quliyevin seçki problemləri: Seçicilər üsyan edir, YAP namizədi sıxışdırır - Video

İran Macarıstan vasitəsilə İsraili hücum barədə öncədən xəbərdar edib    

Alimlər yatmaq üçün ən uyğun saatı açıqladılar    

Banqladeş prezidenti sabiq baş nazir Ziyanı azadlığa buraxıb

Azərbaycanın 30 milyonu da belə getdi...-  Hacıyevanın Londondakı dəbdəbəli əmlakı müsadirə edildi

“Qarabağ” - “Ludoqorets" oyununa 23000 bilet satılıb

“Azərsu” və rəhbərliyindən şikayətlər artır

İran zərbə aviasiyası döyüş hazırlığına gətirildi

Paris-2024: Futbol matçlarındakı ilk finalçı bəlli olub

Ən çox oxunanalar