Cümə, 26 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Qarabağ" UEFA Avropa Liqasında mübarizəyə başlayır

"Qarabağ" bu mövsüm UEFA Avropa Liqasında ilk oyununu keçirəcək...

"Report"un məlumatına görə, "köhlən atlar" III təsnifat mərhələsinin birinci matçında Bakıda Finlandiyanın HİK komandasını qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq görüş saat 20:00-da başlayacaq. Matçın baş hakimi israilli Roy Reinsreyber olacaq.

Ağdam klubunun heyətində Marko Veşoviç və Abbas HÜseynov zədə səbəbindən qarşılaşmanı buraxacaq. Helsinki təmsilçisində isə itkilər daha çoxdur. Qonaqlar ilk matçda Deyan İliyev, Valtteri Moren, Oliver Petterson, Matti Peltola, Aleksi Paananen və Roope Riskinin xidmətindən istifadə edə bilməyəcəklər.

Komandalar arasında cavab oyunu avqustun 20-də keçiriləcək.

HİK 2021/2022 mövsümündə Avropa Liqasının III raundunda "Neftçi"ni iki oyunun (3:0, 2:2) nəticəsinə əsasən mübarizədən kənarlaşdırıb.

UEFA Avropa Liqası
III təsnifat mərhələsi, ilk oyun
10 avqust

20:00. "Qarabağ" (Azərbaycan) - HİK (Finlandiya)
Baş hakim: Roy Reinsreyber (İsrail)
Tofiq Bəhramov adına Respublika stadionu

Qeyd edək ki, bu cütün qalibi pley-off mərhələsində "Olimpiya" (Sloveniya) - "Qalatasaray" (Türkiyə) cütünün məğlubu ilə qarşılaşacaq. Uduzan komanda isə Konfrans Liqasında qrupa düşmək uğrunda "Farul" (Rumıniya) - "Flora" (Estoniya) cütünün qalibi ilə üz-üzə gələcək.

Poliqon.info


Etiket: "Qarabağ"


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Atalar və mandatlı övladlar… – Bu adamlar YAP-ın siyahısına necə düşür?

Keçmiş deputatın oğlu qohumlarını və işçilərini DSK-nın qarşısına toplayıb qalmaqal yaratdı

Ağadadaş Ağayevlə mühafizəçi haqqında qərar verildi

UEFA Konfrans Liqası: "Sabah" səfərdə qalib gəlib - Yenilənib

Azərbaycanda bir bankın lisenziyası ləğv edildi

Xanlar Fətiyev haqqında sensasion faktlar: Sabiq deputat külli miqdarda vəsaiti ölkədən necə çıxarıb?

Ağadadaş Ağayevi döyən gözətçi ilə bağlı yeni faktlar

Elxan Şahinoğlu: Əgər İranın Ermənistana silah verməsi xəbəri təsdiq olunarsa,...

İqbal Əbilovun həbs detalları məlum olub: Ermənistanla gizli Skype sövdələşmələri...

Ən çox oxunanalar