Cümə axşamı, 18 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Neftçi" Şamaxıdakı ilk oyunda əzmkar qələbə qazanıb - Yenilənib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXII tura start verilib.

"Report"un məlumatına görə, turun açılış matçında "Şamaxı" və "Neftçi" komandaları üz-üzə gəlib. Şamaxı şəhər stadionundakı ilk qarşılaşma kimi tarixə düşən matç qonaqların əzmkar qələbəsi ilə yekunlaşıb - 2:1.

FIFA referisi Elçin Məsiyevin idarə etdiyi qarşılaşmada ilk qol 10-cu dəqiqədə vurulub. "Neftçi"nin "Şamaxı"da icarədə olan futbolçusu Rəhman Hacıyev cərimə zərbəsini dəqiq yerinə yetirərək, müqavilə üzrə məxsus olduğu klubu məyus edib. İlk yarı "Şamaxı"nın üstünlüyü ilə başa çatıb - 1:0.

Fasilədən sonra fəallığını artıran "Neftçi" 60-cı dəqiqədə bərabəlik qoluna imza atıb. Braziliyalı forvard Tiaqo Bezerra əks-hücumu dəqiq zərbə ilə tamamlayıb. 72-ci dəqiqədə isə onun həmyerlisi Ramon Maçado çoxgedişli kombinasiyadan sonra komandasının qələbə topunu vurub.

Bununla da "Neftçi" xalını 41-ə çatdıraraq, ikinci pillədə möhkəmlənib. 20 xala malik "Keşlə" isə 6-cı mövqedə qalıb.

***

Şamaxı şəhər stadionunda keçirilən ilk oyunda eyniadlı komanda ilə "Neftçi" üz-üzə gəlir.

"Report"un məlumatına görə, qarşılaşmadan əvvəl "Şamaxı"nın futbolçuları Rail Məlikov və Ruslan Əmircanovun karyeralarını bitirdikləri rəsmən elan olunub. Klub prezidenti bu münasibətlə hər iki oyunçuya xatirə hədiyyəsi təqdim edib.

Qarşılaşmaya yerli sakinlər tərəfindən maraq böyükdür. 2 200 tamaşaçı tutumuna malik tribunalar tam dolub. Ayaq üstə qalanlar isə meydanı əhatələyən dəmir hasarlar arxasından izləyirlər.

Fəxri tribunada AFFA-nın prezidenti Rövnəq Abdullayev, icraçı vitse-prezident Elxan Məmmədov, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, Şamaxı rayonunun icra başçısı Tahir Məmmədov və digər nüfuzlu qonaqlar yer alıblar.

Qeyd edək ki, hazırda "Şamaxı" komandası öndədir - 1:0. Yeganə qolu 10-cu dəqiqədə cərimə zərbəsindən Rəhman Hacıyev vurub.

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Özündən 11 yaş böyük, boşanmış sevgilisi ilə birlikdə intihar edən Yasinin məktubu tapıldı - Video, Yenilənib

Bu deputatların da adı YAP-ın siyahısında yoxdur 

YAP-ın deputatlığa namizədləri açıqlanıb – Siyahı

Benzinə görə bu maşınların qiyməti dəyişdi - Maşın bazarında son vəziyyət

Prezident Cəbrayıl, Qubadlı və Zəngilandakı xüsusi nümayəndəsinə müavin təyin edib

Rektorun sahib olduğu mülklərin siyahısı: Universitet, kollec, orta məktəblər, klinika

Prezidentin xüsusi nümayəndəsinin yeni müavini kimdir? - Bioqrafiya

ABŞ mediası Qarabağ müharibəsini Ukraynadakı münaqişə ilə müqayisə edib

"Birləşdik - 2024" beynəlxalq təlimi başa çatıb - Yenilənib

Ən çox oxunanalar