Cümə axşamı, 15 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Evimizin xarabalıqlarına baş çəkmək üçün müraciət edəcəyəm" - Qədir Rüstəmovun xanımı

“Atam 40 il Cümə məscidində Quran oxuyub. Oranı görməyin, Ağdamdakı evimizin xarabalıqlarını ziyarət etməyin həsrətini çəkirik”.

PİA.az xəbər verir ki, bunu mərhum xanəndə Qədir Rüstəmovun həyat yoldaşı Fatma Rüstəmova deyib. O, ailəsinin doğma yurduna getməyi səbirsizliklə gözlədiyini dilə gətirib:

“Biz Ağdamda İsmət Qayıbov küçəsində, Çörək muzeyinə yaxın ərazidə yaşayırdıq. İndi evimizin yerində xarabalığı qalıb. Ancaq o xarabalığın, daşın-kəsəyin də həsrətini çəkirik. O yerlərin söküyü, qırığı da bizə əzizdir. Ağdama getmək, küçəmizi tapmaq istəyirəm. Əzizlərimizin məzarları dağıdılıb, ancaq yenə də ürəyimdən onları axtarmaq keçir. Qədir müəllimin valideynlərinin, cavan qardaşının, mənim atamın, nənəmin qəbirləri Ağdamdadır.

Hər tərəf minalıdır deyə hələlik Ağdama getməyə icazə vermirlər. Novruz bayramından sonra Ağdamdakı evimizin xarabalıqlarına baş çəkmək üçün müraciət edəcəyəm.

Mənim atam dindar idi. O, Ağdam Cümə məscidində 40 il Quran oxuyub. Cümə məscidi mənə atamı xatırladır. Milli qəhrəmanımız Allahverdi Bağırov Qədirin ən yaxın dostlarından biri idi. Biz söz vermişik ki, Ağdama gedəndə birinci onun qəbrini ziyarət edəcəyik. Allahverdi Qədirə silah vermişdi. Yoldaşıma deyirdi ki, narahat olma, ermənilərin axırına çıxacağıq. Qədir müəllim onların toy məclislərində yuxarı başda olardı”. (Azvison.az)

pia.az

 

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata malı kimi talanan İttifaq, satılan "Məhsul" stadionu, ailə biznesi... - Möhbalıyevin "sərgüzəştləri"

Cəlilabadda su quyusuna düşən ata ilə qızının meyiti çıxarılıb - Yenilənib

Seçicilər Ülvi Quliyevlə görüşmək istəmirlər, çünki… 

Prezident Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edib - Yenilənib

Fəzail İbrahimli Göytəpədə seçicilərlə görüşüb - Fotolar 

Rafael Hüseynov Rəncbərdə seçicilərlə görüşüb - Fotolar 

Dövlət Agentliyi: Bakıda suyun bütün evlərə gəlib çatmasında problemlər var

Ərdoğan məmurlara çağırış edib: Yorulmusunuzsa, istefa verin

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay