Cümə axşamı, 15 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Azercell" in Müştəri Məmnuniyyəti Sistemi beynəlxalq qiymətləndirmədən keçib

Azercell Telekom” MMC Müştəri Xidmətləri sahəsində beynəlxalq standartlara uyğunluq üzrə resertifikasiya auditini uğurla bitirib. Lider mobil operator ISO 10002:2018 Keyfiyyətin İdarə Olunması /Müştəri Məmnuniyyəti /Müəssisələrdə Şikayətlərə Baxılmasına dair təlimatlar standartına uyğunluq üzrə növbəti dəfə sertifikatla təltif olunub. Keyfiyyət auditi “Büro Veritas Azeri” MMC tərəfindən aparılıb.

ISO (Beynəlxalq Standartlaşdırma Təşkilatı) ümumdünya milli standartlar qurumları (ISO üzv qurumları) federasiyasıdır. ISO 10002:2018 beynəlxalq standart məhsul və xidmətlərlə əlaqəli şikayətlərin qurumlara daxil olması, onların nəzərə alınması, cavablandırılıb həll olunması prosesini qiymətləndirir. Həmçinin, şikayətlərə baxılması işinin daha effektiv şəkildə həyata keçirilməsi üzrə tələbləri müəyyən edir. Xatırladaq ki, “Azercell Telekom” ilk dəfə hələ 2011-ci ilin aprelində ISO 10002 Standartı üzrə uyğunluq sertifikatını əldə edib.

“Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” strateji məqsədinə sadiq qalaraq müasir texnologiyalar və biznes həllər vasitəsi ilə müştərilərinin həyat keyfiyyətini yüksəltməyi hədəfləyən Azercell hazırda öz abunəçilərinə çoxçeşidli servis kanallarıyla xidmət göstərir. Müştərilər Telefon Mərkəzi, Ön Masa Ofisləri və Azercell Eksklüzivləri, Onlayn Müştəri Xidmətləri, Azercell-in rəsmi Sosial Media Platformaları üzərindən öz suallarını, şikayət və təkliflərini bildirmək imkanına malikdirlər. Abunəçi sorğularının cavablandırılması istiqamətində “Azercell Telekom” MMC-nin təqdim etdiyi daha bir həll “Kabinetim” tətbiqidir. Azercell-in abunəçiləri bu tətbiq üzərindən Azərbaycan, rus və ingilis dillərində onlayn çat vasitəsilə müştəri xidmətlərinə müraciət edə, təqdim olunan müxtəlif xidmətlərə qoşula və sorğularına cavab ala bilir. Mobil operator müraciətlərə effektiv və səmərəli şəkildə baxılması, onların mümkün qədər tez həll edilməsi prinsiplərinə üstünlük verir, müştəri məmnuniyyətinin artırılmasını hədəfləyir.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata malı kimi talanan İttifaq, satılan "Məhsul" stadionu, ailə biznesi... - Möhbalıyevin "sərgüzəştləri"

Politoloq: Rusiya çıxılmaz vəziyyətə düşüb...

Rafael Hüseynov Rəncbərdə seçicilərlə görüşüb - Fotolar 

Fəzail İbrahimli Göytəpədə seçicilərlə görüşüb - Fotolar 

Dövlət Agentliyi: Bakıda suyun bütün evlərə gəlib çatmasında problemlər var

Kanalda batan qazinin yanındakı şəxslər kim olublar? - Onlar üzüb çıxıblar, Abusət Əliyev tapılmır  

İnternet provayderləri arasında sui-istifadə hallarına qarşı araşdırmalara başlanılıb

Ərdoğan: BMT Təhlükəsizlik Şurasının strukturunu kökündən dəyişdirmək lazımdır

Özbəkistanlı hərbçilər Azərbaycanda PUA kursunda iştirak edirlər

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay