Çərşənbə axşamı, 30 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

 “Muxtar” təhlükə - Koronavirusun Ali Məclisə qədər sıçradığı iddia olunur

Naxçıvanda koronavirus epidemiyası Muxtar Respublikanın Ali Məclisə qədər irəliləyib. Artıq bir çox “muxtarsəlahiyyətli” deputatlar və ali idarəetmə orqanının davamlı işçiləri bu virusa yoluxublar.

Ovqat.com-a bu barədə məlumat Muxtar Respublikanın Ağ Ciyər Xəstəlikləri Dispanserində işləyən, adının açıqlanmasını istəməyən həkim tərəfindən verilib.

Həkimin sözlərinə görə, Muxtar Respublikada koronavirusun yayılma sürəti hətta Azərbaycanı da geridə qoyub: “Sadəcə, bunu nədənsə gizlədirlər. Muxtar Respublikada heç bir karantin tədbirlərinə əməl olunmaması, xüsusilə məktəblərdə tədris prosesinin adi qaydada davam etdirilməsi, kütləvi tədbirlərin keçirilməsi epidemiyanın ciddi şəkildə yayılmasına şərait yaradır. Koronavirusa qarşı mübarizə tədbirləri kimi ilk növbədə tədris ocaqları bağlanmalı və kütləvi toplantılar qadağan olunmalıdır”.



Həkimin iddiasına görə, artıq koronavirus xəstələri əlindən xəstəxanalarda yer qalmayıb: “Bir çoxları evlərində, özü də polis nəzarəti altında müalicə olunurlar. Bu da istər-istəməz polislərin də sağlamlığını təhlükə altına atır”.

Maraqlıdır ki, Naxçıvan hakimiyyəti özünün muxtar səlahiyyətini bir çox hallarda Azərbaycandakı tətbiq olunan ümumi qaydaları pozmaqda görür. Bəzən isə bu “cızıqdançıxmalar” əhalinin sağlamlığını təhlükə altında qoyacaq qədər ağır fəsadlar törədir.

Xatırladaq ki, Naxçıvanın sabiq Səhiyyə naziri Niyazi Novruzov koronavirus epidemiyası yeni yayılanda bu epidemiyanın muxtar respublikadan yan keçdiyini iddia etmiş, üzərindən bir neçə gün keçməmiş, bölgədən koronavirus qurbanları xəbərə gəlmişdi. Bu qara xəbərlərdən sonra “Naxçıvan dünyada yeganə yerdir ki, orada koronavirus qeydə alınmayıb” sözləriylə ictimaiyyəti aldatdığı ortaya çıxan Niyazi Novruzov işindən azad olunmuşdur.

Görünən budur ki, Naxçıvanda koronavirus tədbirlərinə yenə barmaqarası baxılır. Bəs bu məsuliyyətsizliyin növbəti qurbanı kim olacaq: yeni nazir Zeynəb Mustafayeva, yoxsa muxtar səlahiyyətləri yanlış anlayan təfəkkür sahibləri?

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paris-2024: Hidayət Heydərov mükafatlandırılıb, Dövlət Himni səsləndirilib - Yenilənib

Maaşlar bu qədər artacaq - Dəqiq məbləğ açıqlandı

Pezeşkian Makrona xəbərdarlıq etdi: İsrail hücum etsə...

DSX əməkdaşının sosial şəbəkələrdə yayılmış videogörüntüsü ilə bağlı açıqlama

Yunanıstan Türkiyənin dəniz sərhədlərini tanıdı... - İki ölkə arasında “soyuq müharibə” ortadan qalxacaq?

Olimpiya çempionu: "Məni Azərbaycandan ilk təbrik edən Prezidentimizlə xanımı oldu"

İlqar Fəhmi Axund Azərdən, mentalitetdən, bakılılardan danışdı

Azərbaycanda bəzi universitetlərdə təhsil haqqları artırıldı: Səbəb nədir?

Ən çox oxunanalar