Cümə, 16 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zelenskidən maraqlı açıqlamalar: Sui-qəsd cəhdləri, planlaşdırılan “Mayndan-3”...

Ukrayna prezidenti Volodimir Zelenski The Sun nəşrinə müsahibəsində özünə qarşı sui-qəsdlər və Rusiyanın onu hakimiyyətdən uzaqlaşdırmaq planından danışıb...

Poliqon xəbər verir ki, Ukrayna liderinin sözlərinə görə, genişmiqyaslı işğal başlayandan bəri onu öldürmək cəhdlərinin sayını itirib.

“İlk cəhd çox maraqlı olur, sonra hər şey saat mexanizmi kimi davam edir. Əvvəla, insanlar nə edəcəklərini bilmirlər və bu, çox qorxulu görünür. Və sonra kəşfiyyat sadəcə olaraq başqa bir qrupun bunu etmək üçün Ukraynaya gəldiyinin təfərrüatlarını sizinlə bölüşür”, deyə Zelenski bildirib.

Zelenski deyib ki, Moskva hələ də onu hakimiyyətdən uzaqlaşdırmaq istəyir. Rusların missiyalarından biri 2023-cü ilin sonuna planlaşdırılıb:

“Əməliyyat “Maydan-3” adlanır, prezidentin dəyişdirilməsinə yönəlib. Ola bilsin ki, sui-qəsd yolu ilə deyil. Onlar əllərində olan hər vasitədən istifadə edəcəklər”, deyə prezident qeyd edib.

Ukrayna prezidenti jurnalistin Ukraynanın işğal olunmuş ərazilərdə rusiyayönlü şəxslərin həyatına sui-qəsd cəhdi edilib-edilməməsi ilə bağlı sualına cavab verməyib: “Mən sizinlə Ukrayna kəşfiyyatının, xüsusi xidmət orqanlarının və ya xüsusi təyinatlıların hər hansı xüsusi əməliyyatını müzakirə edə bilmərəm. Bəzi məqamlar var ki, biz onları müzakirə etmirik”.

Fürsət yaranarsa, Ukraynanın Putini öldürmək şansından istifadə edib-etməyəcəyi sualına Zelenski belə cavab verib:

“Bu, müharibədir və Ukraynanın öz torpaqlarını müdafiə etmək hüququ var”.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Politoloq: Rusiya çıxılmaz vəziyyətə düşüb...

Kəlbəcərdə itkin düşən Təranə Zeynalovanın qalıqları Bərdədə dəfn olunub - Foto, Yenilənib

Sabiq məmur siyasətə qayıdır - "Qudalar İttifaqı" yenidən aktivləşəcək?

Heydər Əsədovun seçkidəki rəqibi danışdı – Açıqlama

Naxçıvanda üç uşağa təcavüz etmiş manyak tutuldu

Arsen Avakovun Zelenskinin yerinə gətirilməsi nə qədər realdır?

Samir Əsədli: “Yardımlı arxa planda qalmamalıdır”

Zelenski “Şimal axını”nın partıadılmasını təsdiqləyib, Zalujnı əməliyyata rəhbərlik edib...

Bu gündən Azərbaycanda internetin qiyməti artıb

Salyanda Birinci Qarabağ müharibəsinin şəhidi Qənbər Yarıyev dəfn edilib - Yenilənib

Abşeronda Birinci Qarabağ müharibəsinin dörd şəhidi dəfn edilib - Yenilənib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay