Bazar, 30 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) istənilən halda Avrasiyada təhlükəsizliyin təmin edilməsi üçün effektiv struktur olaraq qalacaq...

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə Ermənistanın qurumu tərk etməsinin mümkünlüyü ilə bağlı sualı cavablandırarkən deyib.

“Biz qəti əminik ki, istənilən halda KTMT Avrasiyada təhlükəsizliyin, eləcə də ona üzv olan dövlətlərin təhlükəsizliyinin təmin edilməsinə cavabdeh olan effektiv strukturdur və belə də qalacaq”, - diplomat bildirib.

Eyni zamanda Zaxarova qeyd edib ki, təşkilatdan çıxma məsələsinə dair suallar rəsmi İrəvana ünvanlanmalıdır.

Diplomat həmçinin vurğulayıb ki, Moskva İrəvanın öz xarici siyasət kursunu müəyyənlədirmək, o cümlədən təşkilatdakı gələcəyi ilə bağlı qərar vermək kimi suveren hüququna şübhə etmir.

“Xatırladıram ki, təşkilatın nizamnaməsinin 19-cu maddəsində qurumdan çıxmaq imkanı təsbit olunub ki, bu halda dövlət KTMT çərçivəsində öz öhdəliklərini həll etdikdən sonra ən geci 6 ay əvvəl rəsmi bildiriş göndərməlidir. Bildiyimizə görə, təşkilata qarşı hər hansı ittihamlar səsləndirilsə də, tərəfdaşlar tərəfindən üzvlüklə bağlı yeni addımlar atılmayıb. Nəticədə Ermənistan KTMT-nin tamhüquqlu iştirakçısı olaraq qalmaqda davam edir və müvafiq öhdəlikləri, o cümlədən 1992-ci il Kollektiv Təhlükəsizlik Müqaviləsi və təşkilatın 2002-ci il nizamnaməsində nəzərdə tutulmuş öhdəlikləri daşıyır”, - Zaxarova izah edib

Poliqon.info

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bir sıra vəzifəli şəxslərin əmək pensiyasına əlavələrin hesablanması qaydası dəyişib

Avropa çempionatı: Azərbaycanın daha bir cüdoçusu yarımfinala yüksəlib - Yenilənib

Gəncədə dəhşətli hadisə: Mübahisə etdiyi şəxsləri benzinlə yandırdı

İranda prezident seçkilərinin ikinci turu iyulun 5-nə təyin olunub - Yenilənib

İranda seçkilərdə 10,4 milyon səs hesablanıb, Səid Cəlili öndədir - Yenilənib

Gəncədə yanan üç nəfərdən ikisi Bakıya göndərilib - Yenilənib

Bu gündən deputatlığa namizədlər irəli sürülə bilər

Qazidən "şirinlik" istəyən həkim işdən çıxarıldı - Rəsmi

Atanın verdiyi "şirinliyə" etiraz edən mama-ginekoloq işindən oldu

Abşeron rayonunda torpaq sahəsinin normativ qiyməti ayrıca müəyyən ediləcək

Bakıda yük avtomobilindən texnika yola aşıb - Yenilənib

Şamaxıda qarpızla dolu yük avtomobili dərəyə aşıb

Ən çox oxunanalar