Bazar, 30 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Yelo Bank”ın problemli kreditləri ölkə üzrə orta göstəricidən çoxdur – Rəqəmlər

Bu ilin ilk rübünün yekunlarına görə, ölkənin aparıcı banklarından biri olan “Yelo Bank” ASC-nin problemli kreditləri Azərbaycanda bank sektoru üzrə qeydə alınan analoji göstəricidən yüksəkdir...

Yeniavaz.com xəbər verir ki, “Yelo Bank” ASC-nin ümumi kreditləri 802 milyon 549 min manat olub.

Ümumi kreditlərin 758 milyon 878 min manatını cari kreditlər təşkil edib. Vaxtında geri qaytarılmayan kreditlər isə ümumi kreditlərin 5,4%-nə (43 milyon 671 min manat) bərabər olub. Bu kreditlərin 3,3%-ni (26 milyon 635 min manat) isə problemli kreditlər təşkil edib.

Məlumat üçün bildirək ki, Azərbaycanda bank sektoru üzrə problemli kreditlər ümumi kreditlərin 1,9%-nə bərabərdir.

Onu da bildirək ki, 1994-cü ildən ölkəmizdə fəaliyyət göstərən “Yelo Bank” ilk olaraq “Ülpər” kommersiya bankı kimi fəaliyyətə başlayıb. Daha sonra 2002-ci ildə rebrendinq edərək “Nikoil Bank” adlandırılıb. 2019-cu ildə hazırda da istifadə olunan “Yelo Bank” adına rebrendinq edilib.

2022-ci ilin mart ayınadək “Yelo Bank” əsas səhmdarı “Topaz İnvestment Limited” MMC olub. Banka birbaşa nəzarət edən şəxs isə Rusiyanın “Lukoil” şirkətinin sahibi, Azərbaycan əsilli milyarder Vahid Ələkbərov olub. Ukrayna müharibəsindən sonra Rusiyaya tətbiq edilən sanksiyalar səbəbindən Vahid Ələkbərov nəzarət etdiyi bir sıra aktivləri başqa şəxslərə təhvil verib. 2022-ci ilin mart ayından etibarən “Yelo Bank”a birbaşa nəzarət edən şəxs Marina Kulişovadır. Hazırda bank səhmlərinin 98,94%-i Marina Kulişovaya məxsusdur.

Nizamnamə kapitalına (378 milyon manat) görə Azərbaycanın ən böyük 2-ci bankı olan “Yelo Bank” ASC-nin bu ilin ilk rübü ərzindəki mənfəəti 14,1 milyon manat olub və bu göstəriciyə görə banklar arasında 6-cı sırada qərarlaşıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Musiqi sənəti istiqaməti üzrə qabiliyyət imtahanları başlayıb

Azərbaycan dili fənni üzrə test imtahanı keçirilib - Yenilənib

Avropa çempionatı: Azərbaycan millisi təsəlliverici qarşılaşmada qələbə qazanıb - Yenilənib

Gəncədə qətl törədən şəxs özünü xəstəxananın pəncərəsindən atıb

Azərbaycanın bəzi rayonlarında leysan yağıb, şimşək çaxıb - Faktiki hava

Rusiya Xəzər flotiliyasının hərbi gəmiləri Bakı limanını tərk ediblər

Yaşanmış travmalar beyindəki sinir əlaqələrinin sistemini pozur

Göygöldə iki uşaq anasının asılmış vəziyyətdə meyiti tapıldı

Fransada növbədənkənar parlament seçkiləri keçirilir

DİN və DSX-dən birgə əməliyyat - 180 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Ən çox oxunanalar