Cümə, 26 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Pompeo: Tramp prezident seçilərsə, ABŞ Ukraynaya 500 mlrd. dollar yardım edəcək

Donald Tramp yenidən ABŞ-nin prezidenti seçilərsə, Ukraynaya 500 milyard dollar həcmində yardım edəcək...

APA-nın xəbərinə görə, bu barədə ABŞ-nin keçmiş dövlət katibi Mayk Pompeo “Wall Street Journal”da dərc olunan məqaləsində yazıb.

“Trampın Sülh Planı” adlı yazıda göstərilir ki, yaranmış böhranın həlli üçün müharibə dondurulmalı, Ukrayna hərbi cəhətdən daha da gücləndirilməlidir.

M. Pompeo daha sonra NATO-nun da adı çəkilən ölkəyə 100 milyard dollar həcmində vəsait ayırmasının vacibliyinə toxunub.

O yazıb ki, rəsmi Kiyevə məhdudiyyətsiz sayda silah-sursat verilməli, Ukrayna mütləq şəkildə Avropa İttifaqına qəbul edilməlidir.

Keçmiş dövlət katibi Avrozona ölkələrinin etibarlı müdafiəsi üçün hərbi xərclərin ümumdaxili məhsulun 3 faizi həcmində müəyyənləşdirilməsi, Rusiyaya əlavə sanksiyaların tətbiqi, habelə Krımın hərbsizləşdirilməsinin vacibliyini önə çəkib.

M. Pompeonun qənaətincə sanksiyalar yalnız Rusiya qarşıya qoyulan tələbləri yerinə yetirdiyi halda aradan qaldırılmalıdır.

Poliqon.info


Etiket: Pompoe Tramp Ukrayna


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

UEFA Konfrans Liqası: "Sabah" səfərdə qalib gəlib - Yenilənib

Bu məmurlar parlament seçkilərindən sonra istefa verəcək - Siyahı

Adı kazinoda külli miqdarda pul uduzmaqda hallanan prorektor deputatlığa hazırlaşır? – İddia

Yardımlıdan daha bir nəfər deputatlığa namizəd oldu - Foto

Azərbaycanda dəhşətli xəstəlik can aldı: "Yoluxanların sağalması mümkün deyil"

Co Bayden Ağ Evdə Benyamin Netanyahu ilə görüşüb

Seçicilərdən Kamaləddin Qafarova qarşı üsyan: namizəd ərazidən qovula bilər    

Pezeşkiandan inqilabi ilk: Azərbaycan dili ilə bağlı...

Pezeşkiana qarşı müqavimət... - Prezident vədlərini yerinə yetirə biləcək?

Ən çox oxunanalar