Bazar, 01 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Üzümü bu qidalarla birgə yemək olmaz! – Dietoloqdan xəbərdarlıq

Bəzi qida kombinasiyaları orqanizmə mənfi təsir göstərə bilir...

Məsələn, bəzi mənbələr üzümün qovun və ya xiyar kimi qidalarla birlikdə yeyilməməsini diktə edir. Lakin bu fikrin heç bir əsası yoxdur.

Poliqon medicina.az-a istinadən xəbər verir ki, bunu "Sputnik" radiosuna müsahibəsində dietoloq Anna Belousova deyib.

"Əslində kritik birləşmə üzüm və süd və ya fermentləşdirilmiş süd məhsullarıdır. Bu kombinasiya mədəsi sağlam olmayan bir adamda ishal yaradacaq.

Süd bir çox meyvə ilə birlikdə qəbul edildikdə problem yaradır. Üzüm isə bu baxımdan ən pis partnyordur. Harasa getməyi planlaşdıran biri bu iki qidanı eyni vaxtda yeməməlidir", - deyə mütəxəssis izah edib.

Ancaq Belousovanın fikrincə, hətta bu qaydanın da bir istisnası var: "Üzüm pendirlərlə yaxşı uyğunlaşır. Belə ki, pendir, üzüm və çərəzlərin birləşməsindən desertlər hazırlanır. Qafqazda suluquni və üzüm birlikdə verilir".

Mütəxəssis əlavə edib ki, qovun və xiyar bir ovuc üzümlə yeyilsə, heç bir mənfi nəticə verməyəcək:

"Bəzi dietoloqlar bostan meyvələrini heç nə ilə birləşdirməyi məsləhət görmürlər. Əslində bu yanlışdır. Biz bilirik ki, bir çox cəmiyyətdə qovun müxtəlif qidalarla birgə təqdim olunur. Məsələn, Özbəkistanda qovun və üzüm həmişə birlikdə desert kimi verilir. Üzümü xiyarla da birgə yeyə bilərsiniz. Burada təhlükəli heç nə yoxdur".

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Gündə 1 stəkan sarıköklü su için - İnanılmaz faydaları

Qayınata toy günü bəyi bir yumruqla yerə sərdi - Video

Portuqaliyada helikopterin qəzaya uğraması nəticəsində 4 nəfər həlak olub

Məzahir Pənahov Xankəndidə yaşayan erməniəsilli vətəndaşların necə səs verəcəyinə aydınlıq gətirib

Paşinyan: Azərbaycan Prezidenti ilə şəxsi görüşə hazıram

Ermənistanda AES enerji sisteminə qoşulub - Yenilənib

Paşinyan: Qarabağ məsələsi Ermənistana təsir alətinə çevrildi

Baku TV: Dövlətə xəyanətdə ittiham olunan Bəhruz Səmədov Ermənistana hansı məlumatları ötürüb? - Video

Ən çox oxunanalar