Bazar, 04 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yaşar Seyidov: "Güloğlan Cabbarova səs verin ki…"

"Cabbarov mübariz ruhlu, prinsipial, düzgünlüyü əsas tutan bir namizəddir"...

Bu sözləri Sportinfo.az-a açıqlamasında İskəndər Cavadov adına BFA-nın vitse-prezidenti Yaşar Seyidov deyib.

O, 19 saylı Nərimanov birinci seçki darəsindən deputatlığa müstəqil namizəd olan Güloğlan Cabbarovu dəstəkləyəcəklərini bildirib. Həmin dairədə yaşayan Seyidov bütün seçiciləri Cabbarova səs verməyə çağırıb:

"Arzu və istəklərimizin reallaşmasını istəyiriksə, fevralın 9-da seçki dairəsinə gedərək kikboksinq üzrə 3 dəfə Azərbaycan, 3 dəfə dünya çempionu, 1 dəfə uşu-sanda üzrə Azərbaycan və dünya çempionu olmuş, müxtəlif beynəlxalq turnirlərin qalibi adını qazanmış Güloğlan Cabbarova səs verməliyik.

Bu dairədə yaşayan seçicilərə müraciət edib deyirəm ki, o, xalqın namizədidir. Ona səs verin ki, səsiniz eşidilsin. Biz inanırıq ki, Cabbarov seçicilərini onları layiq olduğu səviyyədə təmsil edəcək.

O, gücünün çatdığı qədər bizlərə, millətimizə, dövlətimizə xidmət göstərəcək. Güloğlan müəllim cənab prezident İlham Əliyevin apardığı genişmiqyaslı islahatları, həm həcminə, həm də siyasi məzmununa və nəticələrinə görə dəyərləndirəcək, islahatların həyata keçməsində öz tövhəsini verəcək.

Ümidvarıq ki, idman sferasının Milli Məclisdə layiqli təmsilçilərindən biri də Güloğlan Cabbarov olacaq. Ona görə də dairəmizdə yaşayan bütün dostları, idmançıları, vətənimizi sevən bütün seçiciləri fevralın 9-da məntəqəyə gələrək, Güloğlan müəllimə səs verməyə dəvət edirik.

Nəhayət ki, onun seçilməsiylə parlamentdə idmançılarımızın problemlərini səsləndirən bir nəfər olacaq. Eyni zamanda, düşünürəm ki, Güloğlan müəllim idmanın inkişafına xidmət göstərəcək yeni qanun layihələrinin işlənib hazırlanması prosesində yaxından iştirak edəcək".

pia.az


Etiket: Yaşar Seyidov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Deputat olmaq istəyən Samirə Bağırova ilə bağlı qərar verildi

YAP-ın ən varlı namizədlərindən biri Məhəməliyevin sərvətinin tam siyahısı...

Türkiyəli bloqer Bakıdakı izdihamı "zoopark" adlandırıb? - Video

"Mərkəzi Komitənin şöbə rəhbəri məni otelə çağırdı…” – “Qayınana”nın Afəti

Paşinyan Lələkənddə: alver etdi, pulu az verdi - Video

Şirvanda ana və övladının ölümü ilə bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Sumqayıtda baş vermiş bıçaqlanma hadisəsinin səbəbi açıqlanıb - Yenilənib

Avqustun 15-nə kimi ödəniş edən internet abunəçilərinə hansı tariflər tətbiq olunacaq? – Rəsmi açıqlama

Laçında mina partlaması nəticəsində yaralanan sakin Xankəndiyə təxliyə edilib - Yenilənib

Zakir Həsənov generalları topladı, döyüş hazırlığı ilə bağlı tapşırıq verdi

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay