Cümə, 26 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

XİN: "Rusiya Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətdən narahatdır"

Rusiya Ermənistan-Azərbaycan sərhədində silahlı insidentlərin artmasından narahatdır. Bu insidentlərin hər iki tərəfdən insan ölümləri ilə müşayiət olunması xüsusi təşviş doğurur. Təəssüf ki, gərginlik hələ azalmağa doğru getmir”.

“Report”un Rusiya bürosu xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və mətbuat departamentinin direktor müavini Aleksandr Bikantov bildirib.

Diplomat deyib ki, bütün məsələləri yalnız sülh yolu və siyasi-diplomatik vasitələrlə həll etmək lazımdır: “Rusiya bundan sonra da Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətin normallaşması prosesinə, o cümlədən sərhədlərin delimitasiya və demarkasiya üzrə birgə işlərin görülməsinə öz töhfəsini verməyə hazırdır. Bu, Cənubi Qafqazı sabitlik zonasına çevirməyə yardım edəcək”.

Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiya sülhməramlılarının Ermənistan-Azərbaycan sərhədi boyunca yerləşdirilməsi təklifini şərh edərkən A.Bikantov qeyd edib ki, problemlərdən biri sərhədlərin demarkasiyasının həyata keçirilməməsidir: “Rusiya bu mövzuya xüsusi diqqət ayırır, vasitəçilik səyləri göstərir. Sərhəd boyunca sərhədçilərin yerləşdirilməsi ilə bağlı problemlərdən biri sərhədlərin demarkasiyasının həyata keçirilməməsidir. Rusiya AzərbaycanErmənistan arasında sərhədlərin delimitasiyasının ardınca demarkasiyasının həyata keçirilməsinin və tezliklə bu işə start verilməsinin tərəfdarıdır”.

XİN nümayəndəsi çox vacib humanitar mövzu olan Qarabağdakı tarixi-mədəni irs məsələsinin vaciliyini vurğulayıb: “Vəziyyəti yerində qiymətləndirə biləcək UNESCO missiyasının tezliklə təşkil edilməsini hər vəchlə dəstəkləyirik. Problem ATƏT-in Minsk qrupunun diqqət mərkəzindədir”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Atalar və mandatlı övladlar… – Bu adamlar YAP-ın siyahısına necə düşür?

UEFA Konfrans Liqası: "Sabah" səfərdə qalib gəlib - Yenilənib

Ağadadaş Ağayevlə mühafizəçi haqqında qərar verildi

Emin Ağalarovun “Sea-Breeze”dəki evinin görüntüləri

Ağadadaş Ağayevin balta atdığı qadın ilk dəfə danışdı - Video

Xanlar Fətiyev haqqında sensasion faktlar: Sabiq deputat külli miqdarda vəsaiti ölkədən necə çıxarıb?

Səttar Möhbalıyev bu qurumu ailə biznesinə çevirib – Hüquq müdafiəçisi

Ən çox oxunanalar