Cümə axşamı, 15 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xankəndi mitinqi - Moskva sülh prosesini pozmağa çalışır...

Dünən Xankəndində Azərbaycanın bir hissəsi olmaq istəmədikləri ilə bağlı mitinq keçirildi...

Politoloq: “Soçi görüşü öncəsi Xankəndində keçirilən etiraz aksiyaları birbaşa Kremlin təşkil etdiyi plandır”.

“Sülhməramlı qüvvələr sülh və təhlükəsizliyin təmini üçün deyil, Azərbaycan əleyhinə erməni separatizmi nə dəstək vermək Qarabağda öz missiyasını həyata keçirir”.

Bu sözləri politoloq Məhəmməd Əsədullazadə Xankəndidə keçirilən mitinqi PİA.az-a şərh edərkən qeyd edib.

Dünən müəyyən dairələr Xankəndində yaşayan ermənilər ayağa qaldırdı və onlar Azərbaycanın bir hissəsi olmaq istəmədikləri ilə bağlı mitinq keçirdilər. Separatçı rejimin təmsilçiləri də Qarabağın heç vaxt müstəqil Azərbaycanın bir hissəsi olmayacağını bildirən bəyana verdilər.

Demək olarmı ki, Xankəndidə keçirilən mitinqdə Rusiyanın barmağı var və bununla da Moskva danışıqlar prosesini pozmağa çalışır? Hesab etmək olarmı ki, bu mitinq birbaşa olaraq Qarabağda Rusiyanın mövqelərinin möhkəmləndirilməsi üçün atılan bir addımdır?

Mövzunu PİA.az-ın əməkdaşı Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə ilə müzakirə edib.

Məhəmməd Əsədullazadə: “Artıq Rusiya prezidenti Vladimir Putin açıq şəkildə Azərbaycan əleyhinə fəaliyyətə keçib və onun “Valday” klubundakı çıxışı da bunu göstərdi”.

Kremlin Xankəndində etiraz aksiyası təşkil edərək Brüssel formatına qarşı öz mövqeyini ortaya qoyduğunu düşünən politoloq deyib ki, bu mitinq heç də Rusiyanın Qarabağda mövqeyini möhkəmləndirməyəcək:

“Soçi görüşü öncəsi Xankəndində keçirilən etiraz aksiyaları birbaşa Kremlin təşkil etdiyi plandır. Rusiya bununla Azərbaycanı öz planı ilə razılaşmaya məcbur etmək istəyir. Artıq Rusiya prezidenti Vladimir Putin açıq şəkildə Azərbaycan əleyhinə fəaliyyətə keçib və onun “Valday” klubundakı çıxışı da bunu göstərdi. Rusiya prezidenti bu addımları ilə bu il fevralın 22 də müttəfiqlik barədə Moskva Bəyannaməsinə zidd addımlar atır. Ona görə də Azərbaycan Rusiya ilə müttəfiqlik bəynnaməsindən geri cəkilməlidir. Ən azından Bakıdan Moskvaya belə bir siqnal ötürülməlidir.

Demək olar ki, Moskva Vaşinqton və Brüsselin dəstək verdiyi irəli sürdüyü, hər iki ölkə tərəfindən dəstəklənən sülh planına qarşı öz planını irəli sürüb və hazırda nəyin vbahasına olursa olsun. Qərbin sülh planının həyata keçməməsinə çalışır. Brüsselin planına alternativ olan bu plan regionda Rusiyanın qalıcılığına, separatizmi inkişafına və Qarabağdakı separatçı rejimə hansısa yekun status verilməsinə hesablanıb.

Məhəmməd Əsədullazadə: “Moskvada anlamalıdırlar ki. Qarabağ məsələsində hər hansı status məsələsinin ortaya atılması Azərbaycan tərəfindən qəbuleməzdir”.

Belə olan təqdirdə təbii ki, Azərbaycan belə bir planı qəbul etməyəcək. Ona görə də Kreml Xankəndində etiraz aksiyası təşkil edərək Brüssel formatına qarşı öz mövqeyini ortaya qoydu. Rusiya göstərmək istəyir ki, Xankəndindəki əhali Qərbin deyil, Rusiyanın sülh planını dəstəkləyir. Amma mən düşünmürəm ki, bu mitinq heç də Rusiyanın Qarabağda mövqeyini möhkəmləndirməyəcək. Ümumiyyətlə Rusiya belə ucuz təbliğatla regionda uzun müddət qala bilməyəcək. Moskvada anlamalıdırlar ki. Qarabağ məsələsində hər hansı status məsələsinin ortaya atılması Azərbaycan tərəfindən qəbuleməzdir.

Rusiyanın açıq siyasətinə qarşı Azərbaycan artıq öz mövqeyini ortaya qoymaqla sülhməramlı qüvvələrinin çıxarılmasıni tələb etməlidir. Sülhməramlı qüvvələr sülh və təhlükəsizliyin təmini üçün deyil, Azərbaycan əleyhinə erməni separatizmi nə dəstək vermək Qarabağda öz missiyasını həyata keçirir. Prosesləri Rusiya 88-ci illərə qaytarır. Amma, görünür ki, Moskvada reallıq hissini itiriblər və Qarabağda Rusiya siyasəti tezlikləri fiaskoya uğrayacaq”.

Nərminə UMUDLU
pia.az


Etiket: Mitinq


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata malı kimi talanan İttifaq, satılan "Məhsul" stadionu, ailə biznesi... - Möhbalıyevin "sərgüzəştləri"

Politoloq: Rusiya çıxılmaz vəziyyətə düşüb...

Rafael Hüseynov Rəncbərdə seçicilərlə görüşüb - Fotolar 

Fəzail İbrahimli Göytəpədə seçicilərlə görüşüb - Fotolar 

Dövlət Agentliyi: Bakıda suyun bütün evlərə gəlib çatmasında problemlər var

Kanalda batan qazinin yanındakı şəxslər kim olublar? - Onlar üzüb çıxıblar, Abusət Əliyev tapılmır  

İnternet provayderləri arasında sui-istifadə hallarına qarşı araşdırmalara başlanılıb

Ərdoğan: BMT Təhlükəsizlik Şurasının strukturunu kökündən dəyişdirmək lazımdır

Özbəkistanlı hərbçilər Azərbaycanda PUA kursunda iştirak edirlər

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay