Cümə, 16 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xaçmazda 3 gənc qadın itkin düşüb

Xaçmazda 3 gənc qadın itkin düşüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, rayon sakini, 2004-cü il təvəllüdlü Kamilə Kərimova dekabr ayının 5-də yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

K.Kərimovanın boyu 149 santimetrdir, arıq bədən quruluşludur. Evdən çıxarkən onun əynində qırmızı rəngli gödəkçə, göy cins şalvar və qəhvəyi rəngdə idman ayaqqabısı olub.

Bundan başqa, rayon sakini, 2004-cü il təvəllüdlü Hürpəri Seyidova noyabr ayının 27-də yaşadığı evi tərk edərək bir daha geri qayıtmayıb.

H.Seyidovanın boyu 165 santimetr, arıq bədən quruluşludur. Evdən çıxarkən onun əynində qəhvəyi rəngdə don və ayağında qara rəngdə çəkmə olub.

Həmçinin, rayon sakini, 1994-cü il təvəllüdlü Rüfanə Çələbiyeva da noyabr ayının 27-də yaşadığı evdən çıxaraq, bir daha geri qayıtmayıb. R.Çələbiyevanın boyu 156 santimetr, arıq bədən quruluşludur. Evdən gedərkən onun əynində qara köynək, qara şalvar olub.

"Şəkildə gördüyünüz şəxsləri tanıyanlardan, görənlərdən və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin (055) 722-27-99 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur", - Mətbuat Xidmətindən bildirilib.

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Konfrans Liqası: "Zirə" tarixində ilk dəfə pley-off mərhələsinə vəsiqə qazanıb - Yenilənib

Yaxın iki həftə ərzində güclü zəlzələ ola bilər - Seysmoloq

VHP-çi namizəd Gülnar Hüseynova Ucarda seçicilərlə görüşüb

Rusiya XİN Ermənistanda çap olunan tarix dərsliyinin təxribat xarakterli olduğunu bəyan edib

Göygöldə qonşusunu bıçaqlamaqda şübhəli bilinən 18 yaşlı gənc tutulub - Yenilənib

Dünyada aylıq temperatur rekordları dövrü sona çatır, havalar soyuyacaq

Talıbovlarla bağlı sensasiya - İki deputat mandatını...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay