Çərşənbə axşamı, 16 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

WP: Zelenskinin açıqlamaları ABŞ nümayəndə heyətinin üzvlərini qəzəbləndirib...

NATO-nun Vilnüs sammitində iştirak edən ABŞ rəsmiləri Ukrayna prezidenti Volodimir Zelenskinin "Twitter" səhifəsində Şimali Atlantika Alyansının Kiyevi bloka dəvət etməyi tez saydığını tənqid edən bəyanatlarından hiddətlənib...

Poliqon xəbər verir ki, bu barədə çərşənbə axşamı "Washington Post" qəzeti yazıb.

Vilnüsdə NATO sammitinin birinci iş günü başa çatıb. NATO-nun baş katibi Yens Stoltenberqin açıqladığı yekun bəyanata görə, sammit iştirakçıları Ukraynadan NATO-ya üzvlüklə bağlı fəaliyyət planını yerinə yetirməsini tələb etməmək qərarına gəliblər, həmçinin ölkəyə çoxillik hərbi yardım proqramını təsdiq ediblər.

NATO ölkələri Kiyevi Alyansa “bütün şərtlər yerinə yetirildikdə” dəvət edəcəklərinə söz veriblər, ancaq münaqişə bitdikdən sonra. Zelenski NATO-nun Vilnüs sammitində Kiyevin Alyansa dəvət edilməsinin vaxtı ilə bağlı konkret qərarlar qəbul etmək niyyətində olmamasından narazılığını bildirib. O, “Ukraynanın hörmətə layiq olduğunu” deyib və “tərəfdaşların qeyri-müəyyənliyini” zəiflik adlandırıb.

Nəşr rəsmi şəxsə istinadən yazıb ki, ABŞ nümayəndə heyətinin üzvləri Zelenskinin tvitindən qəzəbləniblər. Məqalədə həmçinin vurğulanır ki, Ukrayna liderinin "Twitter"dəki bəyanatları Alyansdakı Ukrayna tərəfdarlarını məyus edib.

Bir neçə NATO ölkəsinin diplomatları qəzetə bildiriblər ki, Zelenski, onların fikrincə, “tvitdən danışıqlar vasitəsi kimi istifadə edib”. Nəşrin NATO-dakı mənbələrinə görə, Ukrayna prezidenti Alyansa “mümkün olan maksimum təzyiq göstərməyə çalışıb”.

Poliqon.info

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan Ordusunun hərbi qulluqçusu bədbəxt hadisə nəticəsində həlak olub

Berlin raketlərimizin hədəfindədir - Kremldən şok hədə

“Hikmət, sənə bir həftə vaxt verirəm!” - Foto

Bakıda avtobusda qadınlar əlbəyaxa davaya çıxdı - Video

Daşkəsənin yeni icra başçısı ictimaiyyətə təqdim olunub

Rusiya artıq sülh prosesində iştirak etməsinin imkansızlığını başa düşür?

"Qızıl top" mükafatına namizədlərin reytinq siyahısı açıqlanıb

Futbol üzrə Avropa çempionatının rəmzi komandası açıqlanıb

Ən çox oxunanalar