Cümə axşamı, 15 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Natiq Cəfərli: Gələcəkdə Rusiya iqtisadiyyatında dərin böhran dalğaları yaranacaq...

Rusiya iqtisadiyyatı müharibə relsinə keçdikdən sonra bu ölkədə iqtisadi inkişaf artmaqla yanaşı əhalinin sosial vəziyyəti də yaxşılaşıb...

İqtisadçı-ekspert: “Rusiya iqtisadiyyatında Qərbin sanksiyalarının tam böyük zərər vura bilməməsinin əsas səbəbi budur ki, Rusiya çox tez başqa ölkələr vasitəsilə sanksiyalardan yan keçməyi öyrəndi”.

Rusiya iqtisadiyyatının resursu həddindən artıq çoxdur. Rusiya iqtisadiyyatı hərbi relslərə keçəndən sonra da çoxlu sayda yeni iş yerləri açıldı və çox yüksək maaşlar verilməyə başladı”.

Bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli artan Rusiya iqtisadiyyatını Poliqon-a şərh edərkən qeyd edib.

Financial Times yazır ki, Rusiya iqtisadiyyatı müharibə relsinə keçdikdən sonra bu ölkədə iqtisadi inkişaf artmaqla yanaşı əhalinin sosial vəziyyəti də yaxşılaşıb. Bu il Rusiya iqtisadiyyatının 3% artacağı gözlənilir ki, bu da ABŞAvropa ölkələrinin iqtisadi artımından çox olacaq.

Ağır sanksiyalar altında olan Rusiyanın cəbhə üçün çalışan iqtisadiyyatı öz inkişafını nə zamana qədər təmin edə bilər?

Sanksiyalara rəğmən artan Rusiya iqtisadiyyatını Poliqon-un əməkdaşı iqtisadçı-ekspert Natiq Cəfərli ilə müzakirə edib.

Natiq Cəfərli: “Müharibə dövründə hərbi-sənayenin üstünlükləri olsa da, sülh dövründə ölkə üçün ağır yükə çevrilir”.

Rusiya iqtisadiyyaı üçün problemlərin sülh şəraitində yaşama modelinə keçiddən sonra olacağını proqnoz edən ekspert Polqion-a açıqlamasında qeyd edib ki, Rusiya iqtisadiyyatında dərin böhran dalğaları yarana bilər:

Rusiya iqtisadiyyatında Qərbin sanksiyalarının tam böyük zərər vura bilməməsinin əsas səbəbi budur ki, Rusiya çox tez başqa ölkələr vasitəsilə sanksiyalardan yan keçməyi öyrəndi. Nə qədər qəribə səslənsə də, bir çox Qərb şirkətləri də dolayı yollarla Rusiya ilə əməkdaşlıqda maraqlıdırlar. Çünki onlar da pul qazanmaq istəyirlər.

Buna görə də, üçüncü ölkələr vasitəsilə Rusiya ilə əməkdaşlığı davam etdirən şirkətlər, ölkələr var. Bu Çin, Asiya ölkələri, Ermənistan üzərindəndir. Buna görə də, sanksiyaların kəskin tətbiqi Rusiya iqtisadiyyatında gözlənilən effekt vermədi. Eyni zamanda bu sanksiyalar çox sərt şəkildə də tətbiq olunmadı.

Bundan başqa, Rusiya iqtisadiyyatının resursu həddindən artıq çoxdur. Rusiya iqtisadiyyatı hərbi relslərə keçəndən sonra da çoxlu sayda yeni iş yerləri açıldı və çox yüksək maaşlar verilməyə başladı. Bir tək hərbi əməliyyatlarda, müharibədə iştirak edənlərə minimum 205 min rubldan başlayan maaşlar var. Hərbi sənaye komplekslərində maaş 80 min rubldan başlayır. Bu da xərcləmələri artırır. Yəni insanlar maaş aldıqca, pul qazandıqca daxili istehlakı artırırlar, daha çox mal və xidmətlərdən istifadə edirlər. Bu da ölkə iqtisadiyyatında canlanmaya səbəb olur.

Natiq Cəfərli: “Rusiya üçün problemlər o zaman başlayacaq ki, artıq sülh şəraitində yaşama modelinə keçid öz fəsadlarını törədəcək və o zaman Rusiya iqtisadiyyatında dərin böhran dalğaları yarana bilər”.

Amma bu uzunmüddətli dayanıqlı bir modeldirmi? Məncə, yox. Çünki Rusiya uzun müddət bu modeli saxlamaqda problem yaşaya bilər. Məsələn bu müharibə də daimi olası deyil. Müharibə dayansa, müqavilə ilə orduda xidmət edənlər təxris olunandan sonra, yüz minlərlə insan işsiz qalacaq. Yaxud da hərbi-sənaye kompleksinə əvvəlki qaydada silah-sursat istehsal etmək lazım olmayacaqsa, orada da on minlərlə insan işsiz qalacaq.

Müharibə dövründə hərbi-sənayenin üstünlükləri olsa da, sülh dövründə ölkə üçün ağır yükə çevrilir. Düşünürəm ki, Rusiya üçün problemlər o zaman başlayacaq ki, artıq sülh şəraitində yaşama modelinə keçid öz fəsadlarını törədəcək və o zaman Rusiya iqtisadiyyatında dərin böhran dalğaları yarana bilər”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Minlərlə hərbiçi, çox sayda texnika - Kursk əməliyyatının təfərrüatları açıqlanıb

Rusiyaya böyük zərbə: Putin Nikolayın səhvini təkrarladı

Cəlilabadda su quyusuna düşən ata ilə qızının meyiti çıxarılıb - Yenilənib

Seçicilər Ülvi Quliyevlə görüşmək istəmirlər, çünki… 

Ata malı kimi talanan İttifaq, satılan "Məhsul" stadionu, ailə biznesi... - Möhbalıyevin "sərgüzəştləri"

"Qarabağ"ın play-off qazancı bəlli oldu - Məbləğ

Prezident Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edib - Yenilənib

Rusiyanın daha bir bölgəsində fövqəladə vəziyyət rejimi tətbiq edilib

UEFA Superkuboku: "Atalanta" "Real Madrid"ə qarşı

"Azinko Holdinq", "Jumeirah Bilgah Beach Hotel”... - Millətə vəkillik etməyən deputatın biznes "bacarığı"...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay