Cümə axşamı, 15 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tramp prezident olarsa, Ukraynanı sülh imzalamağa məcbur edə bilər?

Trampın vitse-prezidentelan etdiyi Vens Kiyevin qələbəsini istisna edərək Rusiya ilə sülh üçün Ukrayna ərazilərinin Rusiyaya verilməsinin tərəfdarı olaraq çıxış edir...

Politoloq: “Şəxsən mən hesab edirəm ki, artıq müharibə mənasını itirib. Amma bir çox beynəlxalq qruplaşmalar üçün bu müharibə hələ də çox aktualdır və bu güc mərkəzlərinə görə müharibə davam etməlidir”.

“Ukraynanın ətrafında çox böyük oyunlar gedir və bu oyunlar əskində dünyanın gələcək inkişafını formalaşdıracaq. Ona görə də Tramp və Vens bu gün hər nə qədər Ukraynaya qarşı görünsələr də, hakimiyyətə gələndən sonra necə davranacağını söyləmək indi çətindir”.

Bu sözləri politoloq Tofiq Abbasov Trampın Ukrayna və Rusiya müharibəsi ilə bağlı verdiyi anonsu Poliqon-a şərh edərkən qeyd edib.

Dünən ABŞ-ın Respublikaçılar Partiyasının Milli Qurultayına getməzdən əvvəl Donald Tramp vitse-prezidentliyə namizədinin adını açıqlayıb. Tramp noyabrda keçiriləcək prezident seçkilərində qalib gələrsə, administrasiyada vitse-prezident postunu Ohayo ştatının senatoru Cey Di Vens tutacaq. Vens Ukraynaya hər cür yardıma qarşı çıxış edir və Kiyevin qələbəsini istisna edərək Rusiya ilə sülh üçün Ukrayna ərazilərinin Rusiyaya verilməsinin tərəfdarı olaraq çıxış edir.

Bəs, Trampın qalib gələcəyi halda Respublikaçılar Partiyası Ukraynanı Rusiya ilə Putinin şərtləri ilə sülh imzalamağa məcbur edə bilər?

Mövzunu Poliqon-un əməkdaşı politoloq Tofiq Abbasov ilə müzakirə edib.

Tofiq Abbasov: “ABŞ-da dərin hakimiyyət Trampı prezident kürsüsündə görmək istəmir”.

ABŞ-da dərin hakimiyyətin Trampı prezident kürsüsündə görmək istəmədiklərini nəzərə çatdıran politoloq onların Trampın çox sərt, inadkar olduğunu qeyd edib:

“Tramp prezident olacağı təqdirdə özünün bəzi görəcəyi işlərdən bəhs edirsə, o özünəməxsus anonslar verir. Ukrayna-Rusiya böhranı haqqında da Trampın fikirləri var. Tramp birmənalı şəkildə bildirir ki, Ukrayna-Rusiya müharibəsi artıq heç bir məna daşımır. Trampa görə Rusiyanın müəyyən maraqları qarşılanmalı və müharibəyə bu yolla son verilməlidir. Çünki Trampa görə ərazicə çox böyük olsa d, iqtisadiyyatca çox kiçik olan Rusiya Amerika üçün təhlükə kəsb eləmir. Tramp və tərəfdarları hesab edirlər ki, Amerika üçün əsas təhlükə çindən gəlir. Ona görə də Tramp hesab edir ki, ABŞ Ukraynada vaxt itirməməli və Çinlə mübarizəyə hazırlaşmalıdır.

Məlumdur ki, Ukraynanın ətrafında çox böyük oyunlar gedir və bu oyunlar əskində dünyanın gələcək inkişafını formalaşdıracaq. Ona görə də Tramp və Vens bu gün hər nə qədər Ukraynaya qarşı görünsələr də, hakimiyyətə gələndən sonra necə davranacağını söyləmək indi çətindir. Çünki hakimiyyətin özünün etdiyi diqtələr var ki, o zaman hakimiyyətə gılmək üçün verdiyin vədləri untmalısan.

Təbii ki, Ukrayna müharibəsindən qazananlar da çoxdur. Bir tərəfdən böyük geosiyasi oyunu yönləndirən Qərb dövlətləri, digər tərəfdən Ukraynaya maliyyə, silah-sursat verəndə, öz korporativ maraqlarını nəzərə alırlar. Sirr deyil ki, əgər Ukraynaya 30 milyard dəstək verilirsə, onun yarısından çoxu öz sənayelərinin inkişafına sərf edilir. Həm yeni iş yerləri açılır, həm də öz vətəndaşalrının sosial rifahı yüksəlir. Yəni Ukraynaya ayrılan vəsaitlərdən siyasətçilər öz mənffətləri üçün istifadə edir və seçici rəğbəti qazanmağa çalışırlar.

Tofiq Abbasov: “Bu güc mərkəzləri üçün nə qədər ukraynalının, ya da rusun ölməsi, şəhərlərin dağılması heç bir əhəmiyyət daşımır”.

Faktiki olaraq, Qərb birliyi Rusiyanın zəifləməsini qarşılarına məqsəd qoyublar. Amma hansı yollarla Rusiyanı zəiflədirlər? Ukraynada genefon məhv edilir, 10 milyona yaxın insan ölkəni tərk etdi, döyüşə bilən-bilməyən gənclərin demək olar hamısını ön cəbhəyə aparırlar. Bu da biabırçılıqdır.

Buna görə də, Tramp bu prosesi başa düşür. Tramp dəfələrlə deyib ki, o, Rusiya və Ukrayna ilə danışa bilər. Amma onun bunu nə qədər başaracağı indi çox qaranlıqdır. Çünki iki ildən çoxdur davam edən müharibə artıq öz sərhədlərini çox böyüdüb və Trampın təzyiqləri ilə bu müharibənin dayanması da müşkül məsələ olaraq görünür.

Şəxsən mən hesab edirəm ki, artıq müharibə mənasını itirib. Amma bir çox beynəlxalq qruplaşmalar üçün bu müharibə hələ də çox aktualdır və bu güc mərkəzlərinə görə müharibə davam etməlidir. Bu güc mərkəzləri üçün nə qədər ukraynalının, ya da rusun ölməsi, şəhərlərin dağılması heç bir əhəmiyyət daşımır. Onlar öz geosiayasi və geoiqtisadi maraqlarını reallaşdırmaq üçün bundan sonra da milyonlarla ukraynalını və rusiyalını qurban verməyə hazırdırlar.

Tramp da bu məsələlərə başqa yöndən baxır. Uğursuz sui-qəsd cəhdi də göstərdi ki, həqiqətən də, ABŞ-da Trampı istəməyən qüvvələr çoxdur. Əslində ABŞ-a dərin dövlət deyirlər. Amma dərin dövlət deyilən anlayış yoxdur. Hər bir ölkədə dərin hökümət var. ABŞ-da da dərin hakimiyyət Trampı prezident kürsüsündə görmək istəmir. Çünki bilirlər ki, Tramp çox sərt, inadkardır və istəyinə nail olmaq istəyəcək. Mən istisna etmirəm ki, Tramp bəlkə də hakimiyyətə gələndən sonra onu sui-qəsdlə aradan götürəcəklər”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Minlərlə hərbiçi, çox sayda texnika - Kursk əməliyyatının təfərrüatları açıqlanıb

Rusiyaya böyük zərbə: Putin Nikolayın səhvini təkrarladı

Cəlilabadda su quyusuna düşən ata ilə qızının meyiti çıxarılıb - Yenilənib

Seçicilər Ülvi Quliyevlə görüşmək istəmirlər, çünki… 

Ata malı kimi talanan İttifaq, satılan "Məhsul" stadionu, ailə biznesi... - Möhbalıyevin "sərgüzəştləri"

"Qarabağ"ın play-off qazancı bəlli oldu - Məbləğ

Prezident Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edib - Yenilənib

Rusiyanın daha bir bölgəsində fövqəladə vəziyyət rejimi tətbiq edilib

UEFA Superkuboku: "Atalanta" "Real Madrid"ə qarşı

"Azinko Holdinq", "Jumeirah Bilgah Beach Hotel”... - Millətə vəkillik etməyən deputatın biznes "bacarığı"...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay